Bu gün:

Manqal sousunun tarixi və əsasları


Heç kim manqal mədəniyyətinin nə vaxt başladığını dəqiq deyə bilməz. Fərqli mədəniyyətlərdə əti odda bişirmək üçün fərqli adətlər var. Əslində, manqal Şimali və Cənubi Amerikada yaranmışdır. İndiki vaxtda əti odda bişirmək bütöv bir kultdur. Dünyanın hər yerindən aşpazların ət üçün öz reseptləri var. Bəs bu  sous növü necə yaranıb?

Xristofor Kolumbun 15-ci əsrin sonlarında Alpaka (kiçik lama) ətini hazırlamaq üçün Hispanioladan olan hindlilərin istifadə etdiyi qədim sousu Avropaya gətirdiyinə dair bir fikir var. Sonrakı əsrlər ərzində sous bu gün sahib olduğumuz inanılmaz müxtəlifliyə çevrilməyə başladı. Klassik manqal sousu manqalın doğulduğu yer hesab edilən ABŞ-ın Cənubi Karolina ştatında yaranıb.

Manqal sousları üçün müasir əsaslar 4 növə bölünür:

• Xardal

• Sirkə və Bibər

• “Yüngül pomidor”

• “Ağır Pomidor”

Xardal bazalı:

Sos üçün əsas xardaldır, ona müxtəlif ədviyyatlar əlavə olunur.

Sirkə və bibər bazası:

Bu barbekü sousunun ən qədim növüdür. Qədim dövrlərdən bəri hindular müxtəlif sirkə növlərini qurudulmuş acı bibər və  ədviyyatlarla qarışdırıblar. Hazır ət kəsilir, sonra sous yarıqlara tökülür. Ət yumşaq və ətirli olur.

“Yüngül Pomidor"

İnsanlar  sousa şirin dad və qalınlıq vermək üçün bir az pomidor ketçupu əlavə etməyə başladılar.

“Ağır Pomidor"

Bu, müasir manqal sousunun tutarlılığıdır. Bu sousun əsasını pomidor və şəkər təşkil edir. Pişirmə zamanı şəkər karamelize olur və bununla da sousa xarakterik dad verir. Manqal sousu reseptləri müxtəlifdir. Çox vaxt sirkə, pomidor, şəkər, istiot kimi ənənəvi inqrediyentlərdən əlavə, sousun tərkibində meyvə şirələri, bal, və s. yer alır.

Sousların əsasları dərin etnik köklərə malikdir. Cənubi Karolina  İngilis koloniyası idi, lakin İngilislərə əlavə olaraq, almanlar, şotlandlar və digər avropalılar Karolinada məskunlaşıblar, hər biri sous reseptində bəzi dəyişikliklər edib. Etnik almanlar həmişə xardal həvəskarı olublar. Onu böyük miqdarda və çeşiddə istehsal etməyə başlayıblar, həmçinin manqal sousuna xardal əlavə ediblər. Şotlandlar ədviyyatlı yeməkləri sevənlər kimi sirkə və istiot əsasında manqal sousu hazırlayırdılar. 1923-cü ildə Louis Maull Co tərəfindən ticari olaraq istehsal edilən ilk barbekü sousu "ağır pomidor" konsistensiyasına malik idi. Müasir dünyada bazar müxtəlif növ manqal sousları ilə çox doludur.


Mənbə: pikabu.ru
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et