Bu gün:

Misirin ən tənbəl və ən kök kralı - I Farukun hekayəsi


Misir tarixi qədim dövrlərin fironlarından başlayaraq, orta əsrlər sultanlarına və nəhayət, müasir dövrün padşahlarına qədər uzanan müxtəlif idarəetmə formaları ilə məşhurdur. Bu zəncirin sonuncu halqası I Faruk idi. Onun əcdadı I Əhməd Fuad 1922-ci ildə taxta çıxıb. 1936-cı ildə ölümündən sonra taxt onun 16 yaşlı varisi Faruka keçib. 

Faruk ilk növbədə nüfuzlu ədliyyə funksionerinin qızı Səfinaz Zülfiqarla nikah bağlayıb. Gələcək kraliça fərqli bir etnik qrupun nümayəndəsi idi və onun adı Faruk üçün lazımsız dərəcədə mürəkkəb görünürdü.

Burada mərhum padşah Fuadın “F” hərfinə olan sevgisi köməyə gəldi: Farukun atası kral sülaləsinin bütün nümayəndələrinin bu hərflə başlayan adların olmasına çalışırdı. Beləliklə, Səfinaz Zülfiqar Fəridəyə çevrildi, sonra padşaha üç şahzadə dünyaya gətirdi.

Kral I Faruk xarici siyasətə və dövlət işlərinə az maraq göstərir, müşavirlərinin hesabatlarını  həvəssiz dinləyir, oxuma-yazma prosesində isə heç kim onu müşahidə etmirdi.

Onun şəxsi fiziki sağlamlığı onun düşüncələrini qlobal hadisələrdən daha çox məşğul edirdi. Təxminən 20 yaşında kral sürətlə kökəlməyə başlayıb: Farukun səhər yeməyi üçün onlarla yumurta, bir neçə qızardılmış bildirçin və çoxlu miqdarda kürü yediyibarədə geniş şayiələr yayılırdı.

 1948-ci ildə Faruk boşanmaq qərarına gəlib. 28 yaşında aktiv həyat tərzinə başlayan monarx Nəriman adlı qızla tanışlığı ilə tənbəl həyat tərzinə geri qayıdıb. Tezliklə evləniblər. Adət-ənənələrdən fərqli olaraq, Faruk seçdiyi şəxsin adını dəyişməkdə israr etməyib, lakin ondan toy vaxtı 50 kiloqrama qədər arıqlamağı xahiş edib.

1952-ci ilin yanvarında şah ailəsində oğulları Fuadın dünyaya gəlib. Eyni zamanda, “Azad zabitlər” gizli təşkilatı monarxiyanı devirmək üçün əhalini fəal şəkildə təşviq edib və iyulun 23-də “Azad zabitlər”in təşkil etdiyi dövlət çevrilişi baş verib. 18 iyun 1953-cü ildə Misir rəsmi olaraq respublika statusunu elan edib və monarxın ailəsinin yenidən birləşməsinə icazə verilib. Ancaq yenidən birləşmə ehtimalı artıq o qədər də əhəmiyyət kəsb etmirdi. Monako pasportu əldə edən Faruk Roma yaxınlığındakı dəbdəbəli villalardan birində məskunlaşıb. Onun yeni həyat tərzini dəstəkləmək üçün kifayət qədər pulu var idi.

Romada Faruk prestijli gecə klublarında təşkil etdiyi dəbdəbəli məclisləri sayəsində “gecənin kralı” kimi tanınıb. Həmin vaxt Qahirədə casusluqda şübhəli bilinərək devrilmiş kralın iştirakı olmadan məhkəmə başlayıb.

Faruk məhkəməyə və ittihamlara tam biganəlik nümayiş edirdi. O, günlərini İtaliyada keçirir və burada Çarlz "lucky" Luciano adlı məşhur mafiya başçısı ilə yaxın münasibətdə idi.

1965-ci il martın 18-də keçmiş kral Romanın mərkəzində yerləşən məşhur “Ile de France” restoranında şam yeməyindən həzz almağa qərar verib.

Nə qədər yemək sınaya bildiyi bəlli deyil, lakin gecə yarısından sonra özünü pis hiss etməyə başlayıb. Faruk klinikaya gətirilib və bir neçə saat sonra orada dünyasını dəyişib.

Geniş ictimaiyyətdən gizlənən Farukun cənazəsi gizli şəkildə Misirə aparılıb və Qahirənin kənarındakı məscidlərdən birində dəfn edilib. Cəmi 6 il sonra onun küllü qabı yerindən tərpənib və yenidən ailə qəbrində basdırılıb.


Mənbə: dzen. ru
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et