Bu gün:

Anna Axmatova və Modiglianinin romanı: dahiləri nə birləşdirirdi?


O zamanların məhşur şairəsi ilə naməlum italyan rəssamının ilk görüşü 1910-cu ilin mayında, Nikolay Qumilyov və Anna Axmatovanın bal ayı zamanı Parisdə baş verib. Qumilyov tez-tez gənc həyat yoldaşını Parisin bədii və ədəbi bohemiyasının - gələcək məşhurların toplaşdığı kiçik Rotunda kafesinə gətirirdi. Axmatova ilk dəfə Modilyanini orada görüb.

Zərif və aristokratik Amedeo rus şairəsinin diqqətini dərhal cəlb edən xüsusi ekstravaqantlığı ilə seçilirdi. İlk tanış olanda əynində sarı rəngli şalvar və parlaq pencək vardı. O, gülünc görünürdü, lakin 26 yaşlı rəssam özünü o qədər zərif təqdim etdi ki, Axmatova onu aristokrat və yaraşıqlı adam kimi görürdü. Və 1911-ci ilin yayında şairə həyat yoldaşı olmadan bir neçə ay Parisdə qalmağa qərar verib.

Bir sənətçi olaraq, Modigliani o dövrdə tanınma və ya maliyyə sabitliyinə sahib deyildi. O, 1911-ci ildə Falguier dalanda yaşayırdı. Modigliani Annanın düşüncələri təxmin etmək qabiliyyətinə,gənc şairə isə onun dünyanı başqalarının gördüklərindən fərqli görmə qabiliyyətinə heyran idi. Rəssam Axmatovanı tez-tez Luvr muzeyinə aparır, onu Misirə olan həvəsi ilə tanış edirdi. O, hətta Misir qadınlarının ruhunda Axmatovanın üzü ilə şəkillər çəkirdi.

Ayrılıqdan sonra Modigliani 1919-cu ildə həyat tərzinə görə vəfat edib.  Axmatova bunu təsadüfən 1920-ci ildə jurnal oxuyarkən bilib.1922-ci ildə onu dahi adlandıracaqlar. Vərəm, alkoqol və narkotik onun gücünü tamamilə sarsıtdı. Amedeonun ölümündən bir gün sonra onun son ilhamvericisi Jeanne Hebuterne hamilə ikən pəncərədən atlayıb... Amma bu  başqa faciədir….


“Mavimtıl Paris dumanında,

Və yəqin ki, yenidən Modigliani

Məni fərq etmədən izləyir”

                                          - Anna Axmatova


Mənbə: arts tobe

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et