Bu gün:

Mərcan rifləri nədir?


Dənizlərin dərin sularında gizlənmiş və nəhəng biomüxtəlifliyə malik riflər təbiətin bənzərsiz formasiyalarından biridir. Bir çox insan soruşur ki, rif nədir? Hərfi mənada dəniz dibində, xüsusən dayaz sularda, qum və palçığın toplanması nəticəsində əmələ gələn bərk materialların birləşməsindən yaranan struktur formasiyalardır. Ümumiyyətlə əhəngdaşı və ya mərcan skeletlərinin yığılması nəticəsində əmələ gələn riflər yaşayış sahələrinə çevrilir və mühüm ekosistemlərə ev sahibliyi edir.

Dənizlərin dərinliklərində, ilıq və təmiz suların altında möhtəşəm rənglərə və müxtəlif canlılar malik bir dünya var. Bu sualtı cənnətlərdən biri də təbii ki, mərcan rifləridir.

Mərcan rifləri zamanla çox vaxt əhəng daşı adlanan sərt mərcan skeletlərinin yığılması nəticəsində əmələ gəlir. Mərcan polip adlanan maddənin ifrazatları zaman keçdikcə və müəyyən təsirlərlə sərtləşərək mürəkkəb mərcan rifləri əmələ gətirir. Riflər istifadə isti, dayaz sularda, günəşin mərcana çata biləcəyi dərinliklərdə əmələ gəlir və böyüyür.

Mərcan rifləri canlı rəngləri ilə məşhurdur. Mərcan rənglərinə mərcan poliplərinin içərisində yaşayan rəngli yosunlar səbəb olur. Yosunlar fotosintez yolu ilə enerji istehsal edir və mərcanları qida ilə təmin edir. Eyni zamanda, mərcanlar da yosunlara fayda gətirir və yosunlarla simbiotik əlaqə saxlayır.

Dənizlərin rəngarəng ev sahibləri olan mərcanlar gözəl görünüşü və tərkibindəki müxtəlif canlı varlıqları ilə bir çox insanın diqqətini çəkir.

Mərcanların canlı olduğunu bilirik, lakin mərcanlar heyvandır yoxsa bitki?Bu sual çoxlarını çaşdırır.

Dəniz mərcanları canlı dəniz heyvanlarıdır və füsunkar bir dünyaya ev sahibliyi edirlər. Bəzi yanlış təsəvvürlərə baxmayaraq, dəniz mərcan bitki deyil, heyvandır.

Mərcan canlıları çoxhüceyrəli heyvanlardır və xüsusi toxumalara malikdirlər.

Dəniz mərcanları hərəkət etmək qabiliyyətinə malik heyvanlardır. Bitkilər isə ümumiyyətlə yerində qalırlar.

Dəniz mərcanları qida maddələrini tutur və qidalanırlar. Bitkilər isə fotosintez yolu ilə enerji istehsal edir.

Mənbə: teknevia.com
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et