Bu gün:

Dünyanın ilk mobil oyunu-Scramble


Bir çoxumuz ilk mobil oyunu əfsanəvi ilan oyunu kimi xatırlasaq da, məlum olur ki, dünyada ilk mobil oyun əslində Tetris ekvivalenti olub.

Dövrünün əfsanəsi olan və bu gün də qəlbimizdə yerini qoruyan Nokia-nın ilan oyunu, bir çoxları tərəfindən dünyanın ilk mobil oyunu kimi tanınıb, xüsusən də 3310-da vaxt aparan, lakin inanılmaz dərəcədə asılılıq yaradan bir oyun olub.

Ancaq PhoneArena tərəfindən bu gün yayımlanan bir xəbərdə dünyanın ilk mobil oyununun Nokia-nın əfsanəvi ilan oyunu deyil, 1994-cü ildə buraxılan Hagenuk MT-2000 adlı telefonda yer alan Scramble adlı bir oyun olduğu bildirilib. İllər sonra açılan və illərini bu məsələyə həsr edən insanlar tərəfindən məlum olan sirr olmasa da, geniş ictimaiyyət,hətta, bir çox oyun tərtibatçıları Nokia-nın əfsanəvi ilan oyununa ilk mobil oyun kimi işarə ediblər. Tetrisə ilham verdiyi deyilən Scramble adlı mobil oyun, piksellərin birləşdirildiyi puzzle oyunu olaraq istifadəçilərə təqdim edilib, lakin telefonda çox populyar olmadığı üçün adından söz etdirə bilməyib.



Mənbə:Hüriyyet

Tərcümə etdi:Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et