Bu gün:

Fay xəttinin qırılması nədir?


Fay xətti nədir?

Fay xətləri, yer qabığında toplanan gərginliyin qırılma və sürüşmə yolu ilə azaldığı zəif sahələrdir. Bunlar, tektonik plitələrin hərəkəti nəticəsində yer qabığının müxtəlif hissələrinin bir-birinə nisbətən hərəkət etdiyi əraziləri göstərir. Fay xətləri fərqli istiqamətlərdə və hərəkət növlərində yaranır. Bu, zəlzələ riski yüksək olan bölgələri müəyyən edən əsas göstəricilərdən biridir.


Yer qabığındakı hərəkətlər və gərginliklər

Yer qabığı tektonik plitələrin davamlı hərəkəti nəticəsində formalaşır. Bu plitələr arasındakı qarşılıqlı təsirlər üç əsas formada baş verir:

1. Konvergent hərəkət: Plitələrin bir-birinə yaxınlaşması;

2. Divergent hərəkət: Plitələrin bir-birindən uzaqlaşması;

3. Sürtünmə hərəkəti: Plitələrin bir-birinin yanından keçməsi.


Bu hərəkətlər zamanı yer qabığında sıxılma, uzanma və kəsilmə kimi gərginliklər toplanır. Enerji uzun müddət ərzində toplanaraq yer qabığının zəif sahələrində fay xətləri boyunca qırılmalara və zəlzələlərə səbəb olur.


Fay xəttinin qırılması nədir?

Fay xətti, yer qabığında yığılan gərginlik süxurların müqavimət həddini aşdıqda qırılır. Bu qırılma aşağıdakı səbəblərdən qaynaqlana bilər:


 Tektonik plitələrin hərəkəti: Əsas səbəbdir və qlobal miqyasda fay xətləri yaradır.

 Vulkanik fəaliyyət: Lava hərəkətləri yer səthində gərginlik yarada bilər.

 İnsan fəaliyyəti: Mədən işləri, su anbarları və partlayışlar da qırılmalara səbəb ola bilər.


Qırılma zamanı yığılan enerji zəlzələ dalğaları şəklində sərbəst buraxılır.


Fay xəttinə qarşı təhlükəsizlik tədbirləri

Fay xətləri ilə əlaqəli zəlzələ risklərini azaltmaq üçün aşağıdakı tədbirlər görülür:


1. Seysmik davamlı infrastruktur: Zəlzələlərə davamlı binaların və körpülərin tikilməsi;

2. Tikinti standartları: Yüksək seysmik aktivlik olan ərazilərdə sərt tikinti qaydalarının tətbiqi;

3. Monitorinq və erkən xəbərdarlıq sistemləri: Fay xətləri və seysmik aktivlik davamlı izlənir;

4. Maarifləndirmə və təlim: İnsanların zəlzələ zamanı və sonra necə davranmalı olduğunu öyrənməsi.


Bu tədbirlər, zəlzələ nəticəsində meydana gələ biləcək dağıntıların miqyasını və insan itkilərinin sayını azaltmaq üçün vacibdir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et