Bu gün:

Qışda saça qulluq necə olmalıdır?


Soyuq hava, külək, aşağı rütubət və qızdırıcıların təsiri saçların qurumasına, zədələnməsinə və qıvrılmasına səbəb ola bilər. Buna görə də saç baxımına diqqət yetirmək vacibdir. Qışda saçınıza qulluq edərkən diqqət etməli olduğunuz addımlar aşağıdakılardır:


Saçlarınızı nəmli saxlamağa diqqət edin.

Saçınızın ehtiyaclarına uyğun nəmləndirici məhsullardan istifadə edin. Quru saçlar üçün xüsusi hazırlanmış məhsulları seçin. Həftədə 1-2 dəfə dərindən nəmləndirici saç maskalarından istifadə edərək saçlarınızın ehtiyac duyduğu nəmi təmin edə bilərsiniz.


Saçlarınızı istidən qoruyun.

Əgər tez-tez saç qurutma maşınından istifadə edirsinizsə, mütləq aşağı istilikdə işlədin və ya saçınızı təbii şəkildə qurutmağa üstünlük verin. Düzləşdiricilər və ya buruqlar kimi cihazlardan istifadə etməzdən əvvəl həmişə istilik qoruyucu məhsulları tətbiq edin.


Qidalandırıcı yağlardan istifadə edin.

Saç uclarını və uzunluqlarını arqan yağı, kokos yağı, jojoba yağı kimi təbii yağlarla qidalandırın. Bu, saçların buruqlaşmasının və qırılmasının qarşısını alır.


Saçlarınızı tez-tez yumayın.

Saçınızı çox tez-tez yumaq saçın təbii yağ balansını poza bilər. Həftədə 2-3 dəfə yuyulmaq, ümumiyyətlə, kifayətdir.


Papaq və ya şərf taxın.

Soyuq havalardan qorunmaq üçün saçlarınızı yun papaqlar və ya şərflərlə qoruya bilərsiniz. Ancaq saçınızı birbaşa sürtünmədən qorumaq üçün yumşaq astarlı məhsullar seçin. Saçınızı açıq buraxmaq yerinə hörük və ya topuz kimi qoruyucu üsulları seçə bilərsiniz.


Saç qulluğuna qidalandırıcı vitaminləri əlavə edin.

Omeqa-3 yağ turşuları, E vitamini, zülal və biotinlə zəngin pəhriz saç sağlamlığı üçün faydalıdır. Saçınızın içəridən nəmli qalması üçün bol su istifadə etməyi unutmayın.


Kimyəvi maddələrdən qaçının.

Qış aylarında saç boyası və perma kimi müalicələrin azaldılması saçların qurumasının qarşısını alır. Bu təkliflərlə siz qış boyu saçlarınızı sağlam və parlaq saxlaya bilərsiniz. Saç tipinizə uyğun qulluq məhsulları seçmək də vacibdir.


Mənbə: NTV 

Tərcümə  etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et