Bu gün:

Roma imperiyasının faşizmlə əlaqəsi var mı?


1919-cu ilin martında Benito Mussolini italyan Sosialist Partiyasının daxilində, "Fascio di combattimento" (Mübarizə Birliyi) adlandırdığı qrupu yaratdı. İtalyan dilində "birlik" (fascio) sözü latınca "fascia" dan, yəni "bağlama" sözündən gəlir. 

Fascia qədim romalıların qırmızı iplə çəkdikləri və ya qayışlarla bağdıqları çubuq dəstələrə deyilirdi. Əvvəlcə hakimin qərarının güclə (zorla) yerinə yetirilməsinə nail olma hüququnun simvolu olub.

Faşizm, kütləvi bir siyasi hərəkat kimi yalnız iyirminci əsrdə meydana çıxa bilərdi, çünki qədim Romada "ideologiya" anlayışı mövcud deyildi. Əlbəttə, qədim Roma siyasətçiləri müxtəlif siyasi prinsipləri və idealları müdafiə edirdilər, lakin müasir ideoloqlar kimi vahid bir doktrina yaratmaq və ya onu təbliğ etmək məqsədləri yox idi.

Qədim Roma ilə XX əsrin faşistləri arasında yeganə ortaq cəhət, xarici hərbi genişlənməyə münasibətdə idi. Həm romalılar, həm də faşistlər fəth etdikləri torpaqları bir növ qənimət kimi qəbul edirdilər. Lakin bu yanaşma, XIX əsrin müstəmləkə imperiyalarının siyasəti də daxil olmaqla, bir çox adi dövlətlərin genişlənmə siyasətindən əsaslı şəkildə fərqlənmirdi.

Mənbə: Древний мир | История

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et