Bu gün:

Sanrılar və hallüsinasyonlar arasındaki fərq nədir?


Sanrılar və hallüsinasiyalar insanın reallıq qavrayışını dəyişdirən psixi sağlamlıq pozğunluqlarının simptomlarıdır. Ancaq oxşar olsalar da, eyni deyillər. Sanrılar və hallüsinasiyalar arasındakı fərqləri anlamaq diaqnoz və müalicədə faydalı ola bilər.


Ağıl inanılmaz dərəcədə güclü bir vasitədir. Beyin, fərdlərin reallıqlarını yaradır. Psixi sağlamlıq vəziyyəti inkişaf etdikdə beyində nasazlıq yarana bilər. Bu baş verdikdə, beyindəki dəyişikliklər gündəlik həyatımızda real olanla təsəvvür edilən arasında anlaşılmazlıqlara səbəb ola bilər.


Sanrılar nədir?

Sanrılar-aldatmalar,yanlış inanclardır. Buna görə də, aldanma yaşayan insan, doğru olmayan bir şeyə qətiyyətlə inanacaq. Adətən, bu inanclar, onların gerçək olmadığına dair dəlillər olduqda belə davam edir. 


Sanrılar təbiətcə qeyri-qəribə və ya qəribə adlanır. Qəribə olmayan aldatma nümunələri arasında real həyatda baş verə biləcək bir şey, məsələn, aldadan həyat yoldaşı daxildir. Digər tərəfdən, qəribə olan aldatma nümunələri arasında real həyatda heç vaxt baş verə bilməyən şeylər, məsələn, görünməz olmaq qabiliyyəti var. İnsanın özünü hər kəsdən üstün olduğuna, bir məşhurun onu sevdiyinə, sağlam olduğu halda hansısa xəstəlikdən əziyyət çəkdiyinə, hər yerdə təqib olduğuna inanması bu aldanmalara misaldır.


Hallüsinasiyalar nədir?

Sarılara bənzəyir, lakin yanlış inanclar üzərində mərkəzləşmək əvəzinə, onlar sensorun səhv qavrayışları zamanı yaranırlar. Yəni insan orada olmayan bir şeyi hiss edəcək, görəcək, dadını duyacaq, eşidəcək və ya iyini hiss edəcək.

Hallüsinasiyalar beyində yaranır və onları yaşayan insan üçün çox realdır. Buna görə, onlar olduqca narahat ola bilərlər. Məsələn, ruhi xəstəlik olan şizofreniya, hallüsinasiyaların ümumi səbəbidir. Bundan əlavə, Parkinson xəstəliyi, Alzheimer, demans, epilepsiya və beyin xəsarətləri də ümumi səbəblərdir. Narkotik və ya alkoqol təsirində olan insanların real olmayan şeyləri eşitməsi, görməsi və ya hiss etməsi qeyri-adi deyil, bu da həkim nəzarəti altında detoksifikasiyanın çox tövsiyə edilməsinin səbəblərindən biridir.


Mənbə: Batonrougebehavioral.com

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et