Bu gün:

Natiqlərin sirrləri


İnsan ünsiyyətinin ən vacib xüsusiyyəti nədir? Bu sadəcə sözlərdən ibarət deyil. Hər kəs danışa bilər. Lakin böyük bir natiq, həmin sözlərə şaxə, bədən dili və müxtəlif mənalar əlavə edir. Bir nitq yazıb bir neçə insanı onu təqdim etməyə çağırdığınızda, bəziləri digərlərindən daha uğurlu olacaq. Bəs böyük bir nitqi nə xüsusi edir? 
Şəxsiyyət
Teddi Roosevelt 1912-ci ildə, vurulduqdan bir neçə dəqiqə sonra, şücaətlə ən məşhur nitqini söyləyib. Bu nitqin cazibəsinin bir hissəsi məhz bu idi. Nitqin daha şəxsi olmasını təmin edən şey məhz bu hadisə idi.  
“Əvvəlcə özüm haqqında deməliyəm ki, düşünməli çox vacib şeylərim var ki, öz ölümüm barədə narahat olmayım və indi mən vurulduğumdan yalnız beş dəqiqə sonra sizə qeyri-səmimi danışa bilmərəm. Mən sizə yalnız həqiqəti deyirəm, mənim narahatlığım bir çox başqa şeylər üçündür. Bu heç də öz həyatım üçün deyil. Mən istərdim, siz başa düşəsiniz ki, mən hər halda oyunda irəlidəyəm. Heç bir insan mənim yaşadığım qədər xoşbəxt bir həyat yaşamayıb, hər baxımdan xoşbəxt bir həyat”.
İnsanların dediyiniz sözlərə inanması üçün yalnız bu cür danışmaq lazımdır. Bu yalnız sözlərdən ibarət deyil, böyük natiq olmağın sirri şəxsiyyətdədir.
Doldurucu sözlərdən çəkinmək
Böyük bir natiq həmişə auditoriya ilə etibarlılıq qurur. Bir çox “natiqlər” sadəcə olaraq daha çox “bədii” söz istifadə edərək nitqlərinin daha yaxşı olacağını düşünür. Dünyanın çox yerindən siyasətçilərin belə bir yanaşmasını görürük. Böyük bir nitq böyük sözlərdən asılı deyil. Onlarda heç bir doldurucu söz yoxdur. Sadəcə saf mahiyyət var.
Resumes Planet-dən ünsiyyət mütəxəssisi Glen Roberts də bununla razıdır: “Bədii dil dinləyicinin ağlını hədəfləyir. Sadəlik isə ürəyini hədəfləyir və buna görə də hər zaman qazanır”.
Dürüstlük
Bütün nitqlər xoş deyil. Bəzən dürüst olmaq və acı həqiqəti olduğu kimi söyləmək lazımdır.
Auditoriyanı hədəf almaq
Müasir bir nitqin əsas xüsusiyyəti auditoriyanın daxil edilməsi və auditoriyanı hədəf almasıdır. Natiqlər auditoriya ilə əlaqə qurur. Onlar nitqi onların ətrafında qururlar.
Beləliklə, demək olar ki, ən yaxşı nitq şəxsiyyət, birbaşa dil, dürüstlük və natiqlərin auditoriyaya diqqət yetirməsidir. Bu, təcrübə etmək üçün çox sayda fürsət verən bir uğurlu reseptdir.  
Mənbə: CeoWorld  
Tərcümə etdi: Nigar Muştaqova
Paylaş
Şərh əlavə et