Bu gün:

Pişiklər niyə bəzən ağlayırmış kimi göz yaşı axıdır?


Bilirik ki, pişiklər emosional varlıqlardır. Xoşbəxt olanda mırıldayırlar, kədərlənəndə isə sakitləşirlər. Bəs gözündən yaş axanda nə baş verir? Bu o deməkdir ki, onlar ağlayırlar?

Pişiklər laqeyd kimi tanınsalar da, sahibləri ilə dərin və xüsusi bağlar qura bilirlər. Onların duyğularını ifadə etmək üçün müxtəlif yolları var, lakin bu duyğular insanlardan fərqli şəkildə ortaya çıxır. Ehtiyaclarını, narahatçılıqlarını öz tərzləri ilə ifadə edirlər, bəzi səslər çıxarmağa çalışırlar. 

Pişiklərin duyğuları çox real və mürəkkəbdir. Araşdırmalara görə, pişiklər insanın üz ifadələrini oxuya bilir, sevgi göstərə və böyük hətta saxlaya bilirlər. Ancaq göz yaşı tökmürlər.

Gözlərindən yaş axdığını görəndə, bu, adətən, emosional reaksiya deyil, fiziki vəziyyətə bağlıdır.

Bəs pişiklər niyə göz yaşı axıdır? Əslində bu vəziyyətin səbəbi tamamilə tibbi səbəblərə əsaslanıb. Pişiyinizin gözləri toz, cızıq və ya göz qıcıqlanmasına səbəb olan xarici əşyalar səbəbindən sulana bilər.

Bundan əlavə, allergik reaksiyalar da göz yaşı tökmənin əsas səbəblərindən biridir. Xüsusilə düz üzlü pişiklərdə bu geniş yayılıb.

Əgər pişiyinizin gözləri ara-sıra sulanarsa, bu, ciddi bir vəziyyət deyil. Pişiklərin gözlərindən bir qədər maye çıxması normaldır. Bu maye gözləri təmizləməyə və nəmləndirməyə kömək edən təbii mayedir. Ancaq gözün davamlı sulanması, iltihablanması və ya həddindən artıq qızarması kimi hallarda baytar həkimə müraciət etmək lazımdır.

Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et