Yer kürəsinin mərkəzinə düşmək nə qədər çəkərdi? Alimlərin hesablamalarına görə, bu proses təxminən 19 dəqiqə davam edərdi. Əgər Yer kürəsi boyunca tamamilə düz bir tunel açılsaydı və hava müqaviməti nəzərə alınmasaydı, bu maraqlı səyahət mümkün olardı.

Eniş Yer cazibə qüvvəsinin təsiri ilə sürətlənməklə başlayardı. Lakin mərkəzə yaxınlaşdıqca cazibə qüvvəsi zəifləyərək insanı yavaşladar və nəticədə qarşı tərəfə çatmaq mümkün olardı.
Bu nəzəri hesablamalar elm adamlarının cazibə qüvvəsini, Yer kürəsinin kütləsini və strukturunu anlamaq üçün istifadə etdiyi modellərə əsaslanır. Hava müqaviməti və yeraltı istilik kimi real şərtlər isə bu səyahəti mümkünsüz edir.
Buna baxmayaraq, Yer kürəsinin daxilində bu cür səyahət fikri həm elmi maraq, həm də insanın kainatı kəşf etmək istəyinin simvoludur.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
