Bu gün:

Yəhudilik və Xristianlıqda Qurban bayramının olmamasının səbəbi nədir?


Xristianlıq və Yəhudilik kimi iki böyük səmavi ənənədə Qurban bayramı yoxdur. Bu, Quranda və Əhdi-Ətiqdə İbrahimin əhvalatının fərqli rəvayətindən irəli gələn bir vəziyyətdir.

Əhdi-Ətiq: Xristian İncil kanonunun birinci hissəsini təşkil edən, lakin əsasən İbrani İncilinin iyirmi dörd cildinə əsaslanan müqəddəs mətn hesab olunur. 

Əhdi-Ətiqdə qurban kəsmək üçün götürülən oğul İshaq olduğu halda, Qurana görə İsmayıldır. Üstəlik, qurbanın kəsildiyi yer Məkkə deyil, Qüdsdəki Moriya dağı, yəni Hərəm-üş Şərifdir. Digər tərəfdən, yəhudidən əvvəlki ənənədə ilk doğulan kişi qurban kəsildiyi üçün qurban kəsilən uşağın İsmayıl olması daha məntiqlidir. Bu vəziyyətin bir şərhinə görə, yəhudilər və xristianlar İshaqın nəslindən olduqlarını düşünürlərsə, İslam bizim İsmailin nəslindən olduğumuzu qəbul etməyə əsaslanır. Buna görə də Qurban bayramı İslama xas bir bayrama çevrilib. Hər iki bayramın İslamdan əvvəl mövcud olan yaz və yay bayramlarının İslama uyğunlaşdırılmasından yarandığı düşünülür.


Digər tərəfdən, yəhudilikdə heyvan qurbanı kəsmək ənənəsi də var, lakin bu, Süleyman məbədinin dağıdılması ilə dayandırılıb və yalnız Məsih yer üzünə qayıdanda yenidən həyata keçiriləcək. Nəticədə xristianlar qurban kəsmə ənənəsini ləğv etdilər. Bu, İsanın ən böyük və son qurban kimi bəşəriyyət üçün özünü qurban verməsi inancına əsaslanır, ondan sonra heç bir heyvan qurbanının heç bir mənası yoxdur.


Bu ənənə, əslində, səmavi dinlərdən əvvəl, ilk doğulan uşağın (və bəzən ilk oğlunun) məhsuldarlıq və qorunma üçün bütpərəst tanrılara qurban verildiyi zaman başlamışdır. Məsələn, Finikiyalılar müharibədə uduzacaqlarını anlayanda bütün uşaqları bir qülləyə yığıb ağızlarını konfetlə doldurub qülləni yandırdılar və nədənsə bundan sonra müharibənin taleyi dəyişdi. Qədim Yunanıstanda artıq heyvan qurbanları var, məsələn, Homerin “İliada”sında Aqamemnon 100 öküz kəsir, ilahə Artemida buna razı olmayanda qızı İfigeniyanı qurban verməyə məcbur olur ki, külək dəyişsin və onlar döyüşə getsinlər. Bundan əlavə, içkinin bir hissəsini yerə töküb tanrılara təqdim etmək ənənəsi latınca “libatio” adlanır. Beləliklə, hətta şərabın da öz qurbanı var. Üstəlik, indi xalq mədəniyyətinin bir parçasına çevrilmiş “günah keçisi” qurban kəsməklə kəffarə tapmaq ənənəsidir. Orta Asiya türkləri qurbanlıq olaraq ağ atın üstünə rəngarəng bəzəklər bağlayır və sonra onu qurban vermək əvəzinə azad edirdilər. Əslində, Hz.Musanın On Əmrinin birinci variantında birinci maddədə deyilirdi: “Ana bətnindən çıxan ilk uşaq mənimdir”. Daha sonra "Allahın adını lazımsız yerə götürmə"şəklində yenidən işlənmişdir. Çünki ilkin formada körpə öldürmə ənənəsi hələ də davam edirdi.


Uşaq qurbanı heyvan qurbanlığına çevrildiyi halda, ilk övladların qurban kəsilib. Bu da insan gücü itkisi olduğu başa düşüldükdə, sünnət həm də simvolik bir qurban kəsmə mərasimi olduğundan bu ayin həm də kişi uşaqları sünnət etmək ənənəsinə çevrilmişdir. Yəhudilikdə sünnət doğulan kimi həyata keçirilir, çünki onlar ilk doğulan oğlan və ya uşağı qurban vermək ənənəsinə daha yaxın bir dövrdə yaşamışlar. Əslində, bizim kirvə ənənəmiz bütpərəst keşiş rolundan irəli gəlsə də, sünnət zamanı uşaqların ağzına lokumu doldurmaq Finikiyalılardan qalma ənənədir.


Mənbə: Buzzfeed

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et