Bu gün:

Tarixdəki ən ağır işgəncə növü - “Qırıq təkəri”


Tarix boyu insanlar ədaləti təmin etmək üçün bir çox dəhşətli cəza növlərindən istifadə ediblər. Bu üsullardan biri “Qırıq təkəri” kimi tanınırdı.

O, təkcə cinayətkarları öldürmək üçün deyil, onlara əziyyət vermək üçün də nəzərdə tutulmuşdu. Təkər yavaş sürətlə işləyirdi. 


Bəs qorxulu cihazın işləmə mexanizmi necə idi?

“Qırıq təkəri” günahsız bir təkər kimi görünə bilər, lakin bu cihazın məqsədi bədəni sındırmaq və parçalamaq idi. Nəhəng taxta çarx böyük mismarlarla bərkidilmişdi. İşgəncə zamanı cəllad bu çarxı istifadə edərək əvvəlcə cinayətkarın ayaqlarını, sonra qollarını, daha sonra isə bütün sümüklərini bir-bir qırırdı. Bəzən işgəncə, qurbanın boynuna və ya ürəyinə ölümcül zərbə vurularaq bitərdi. Lakin əksər hallarda bu proses saatlarla, hətta günlərlə davam edirdi.


Bu üsul xüsusilə adam öldürmə, zorakılıq, xəyanət və ya soyğunçuluq kimi cinayətlər törədənlər üçün istifadə olunurdu. 


Roma İmperiyasından 19-cu əsr Avropasına qədər geniş bir ərazidə istifadə olunan bu işgəncə üsulu ən çox Fransa və Almaniyada tətbiq edilirdi. Xüsusilə Fransada, qurbanın sümüklərini yavaş-yavaş və dəfələrlə qırmaq adi bir işgəncə növü sayılırdı. Qurbanın bütün əzaları tamamilə qırıldıqdan sonra belə, o, uzun müddət əziyyət çəkməyə davam edirdi. Əgər qurban işgəncədən sağ qalmağı bacarsaydı, onun sınıq bədəni başqa bir təkərə bağlanaraq dirəyin yuxarı hissəsində asılırdı. Burada o, yırtıcılara və təbiətin amansız şərtlərinə tərk edilirdi. Lakin nadir hallarda, işgəncə zamanı təkərdən düşən və ya sağ qalmağı bacaranlar əfv edilirdi. Bu vəziyyət ilahi müdaxilə kimi qiymətləndirilir və həmin şəxslər azadlığa buraxılırdı.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et