Bu gün:

Cizgi film izləmək uşaqlara mənfi təsir edir - valideynlərin diqqətinə!


Cizgi filmlərindən pis təsirlənən uşaqlarda məktəbə qarşı istəksizlik, diqqət dağınıqlığı və hiperaktiv pozuntu ortaya çıxır. Digər tərəfdən baxdıqları filmdən təsirlənən uşaqlar fantaziya ilə reallığı ayıra bilmədikləri üçün filmdə gördüklərini real həyatda tətbiq etmək, onlar kimi yemək və onlar kimi yaşamaq istəyirlər.

Psixoloq Begüm Çayır cizgi filmlərinin uşaqlar üzərindəki təsiri mövzusuna toxunub və qeyd edib ki, "Televiziya və cizgi filmləri uşağın məktəbə qarşı istəksizliyini artırır, oxu vərdişinin tədricən zəifləməsinə səbəb olur. Məsələn, 3-4 saat televizora baxan uşaqların diqqət dağınıqlığı və hiperaktiv pozuntu yaşama ehtimalı yüksəkdir ".

Televiziyaya baxmağın uşaqların qidalanma vərdişlərinə təsir etdiyini söyləyən Çayır, "Televiziyalarda cizgi filmlərində, reklamlarda, seriallarda, filmlərdə, hazır yeməklər, fast-food, peçenye və şokoladlar uşaqların diqqət və marağını çəkir. Daha sonra  valideynlərindən həmin qidaları istəyirlər. Valideynlər də övladlarının istəklərini yerinə yetirirlər. Beləliklə, cizgi filmləri qidalanma baxımından uşaqların səhətinə mənfi təsir göstərir”.

Cizgi filmlərinin təsiri altında olan uşaqların real həyatda fantaziya ilə reallığı ayırmaqda çətinlik çəkdiyini bildirən Çayır, "Uşaqlar cizgi filmlərində gördüklərinin fantaziya, yoxsa reallıq olduğunu fərqləndirə bilmirlər. Məsələn, bir maşından digərinin üzərinə tullanan qəhramanları görən uşaqlar bunu real həyatda yoxlamağa cəhd edir. Özlərinə ziyan vura biləcəklərini isə anlamırlar”.

Çayır valideynlərə övladlarının yerli istehsal olan cizgi filmlərini izləməsini tövsiyə edib və deyib:

"Əlbəttə, tövsiyə edirik ki, valideynlər uşaqlarına öz mədəniyyətlərini əks etdirən cizgi filmlərinə baxmağa icazə versinlər. Çünki onlar müxtəlif mədəniyyətlərə aid cizgi filmlərinə, filmlərə, seriallara baxanda fərqli şeylər öyrənə bilərlər. Bu zaman milli mədəniyyətimizdən kənara çıxırlar və müxtəlif problemlər müşahidə olunur”.

Mənbə: Yenisafak

Tərcümə etdi: Nahid Xəlilov





Paylaş
Şərh əlavə et