İlk məlum olan mobil oyun 1994-cü ildə ilk smartfonlardan biri - IBM Simon üçün buraxılmış məşhur "Tetris" arkada videoyunun uyğunlaşdırılmasıdır. Bu, mobil cihazda görünən oyunun ilk nümunələrindən biri olub, lakin müasir standartlarla müqayisədə olduqca primitiv qalıb. Bununla belə, Tetrisin populyarlığı cihazın texniki imkanlarının məhdud olmasına baxmayaraq, mobil oyunların inkişafı istiqamətində mühüm addım olub.

Ən populyar mobil oyunlardan biri "Snake" olub. 1997-ci ildə oyun Nokia 6110 telefonlarında qurulub və bu, əsl sensasiyaya çevrilib. Oyunçunun yemək yeyərək böyüyən ilanı idarə etdiyi oyunun sadəliyi “Snake”ı dünyada milyonlarla insanın sevimli oyununa çevirib.
1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində mobil cihazlarda klassik arkada oyunlarının daha mürəkkəb adaptasiyaları görünməyə başlayıb. Məsələn, 1999-cu ildə məşhur “Space Invaders” arkada oyununun mobil versiyası buraxılıb.

2000-ci illərin əvvəllərində mobil texnologiyanın inkişafı ilə rəngli ekranlı və təkmilləşdirilmiş xüsusiyyətləri olan telefonlar meydana çıxmağa başlayıb. Oyunlar daha mürəkkəb və qrafik cəhətdən intensivləşib. Ən diqqətəlayiq nümunələrdən biri 2000-ci illərin əvvəllərində “Java”platformasında yayımlanan “Bomberman” oyunu olub.
Mobil oyun inqilabı 2007-ci ildə Apple iPhone-un buraxılması və 2008-ci ildə App Store-un istifadəyə verilməsi ilə baş verib. Bu, mobil oyun sənayesində dönüş nöqtəsi olub. Oyunlar bu platformada görünməyə başlayıb və yükləmək və yeniləmək üçün mövcud olub, bu da oyunların yayılması prosesini xeyli asanlaşdırıb. Dövrün ən populyar oyunlarından biri əsl fenomenə çevrilən "Angry Birds" (2009) olub. Oyunun sadə, lakin asılılıq yaradan mexanikası və parlaq vizual üslubu onu bütün zamanların ən uğurlu mobil oyunlarından birinə çevirib.
Mobil texnologiyanın və internet əlaqələrinin inkişafı ilə mobil oyun inkişaf etməyə davam edib. “Clash of Clans” (Klanların toqquşması), “lPokémon GO”, “Minecraft” və başqaları kimi məşhur onlayn multiplayer oyunları meydana çıxıb, dünya üzrə milyonlarla oyunçunu cəlb edib və mobil oyunları yeni səviyyəyə qaldırıb.
Beləliklə, mobil oyunların tarixi telefonlarda quraşdırılmış sadə arkadalardan milyardlarla oyunçuya və mürəkkəb oyun dünyalarına malik tam hüquqlu bir sənayeyə keçib. Mobil oyunlar inkişaf etməyə davam edir və hər il daha müxtəlif və daha geniş auditoriya üçün əlçatan olur.
Mənbə: habr.com
Tərcümə etdi: Fatimə Kərimli
