Dumanlıq ulduzlar arasındakı boşluğu örtən nəhəng toz və qaz bulududur. Həmçinin astronomik səma cisimləri yığınıdır. Dumanlıqlar toz, hidrogen və digər ionlaşmış qazlar kimi əsas elementlərdən ibarətdir. Onlar ya soyuq ulduzlararası qaz və toz buludlarından, ya da fövqəlnovadan sonra əmələ gəlir.
Məsələn, Karina dumanlığında isti, gənc ulduzlar qalın ulduz küləkləri və yandırıcı ultrabənövşəyi şüalar göndərir, buludları aşındırır və bu fantastik mənzərəyə formalaşdırır. Dumanlığın aşağı sıxlıq bölgələri parçalanır, daha sıx hissələri isə eroziyaya müqavimət göstərir və qalın sütunlar kimi qalır.
Bu sütunların qaranlıq, soyuq interyerlərində yeni ulduzlar formalaşmağa davam edir. Ulduzun əmələ gəlməsi prosesi zamanı proto-ulduz ətrafında disk yavaş-yavaş ulduzun səthində toplanır. Materialın bir hissəsi toplanma diskinə perpendikulyar olan jetlər boyunca atılır. Jetlər saniyədə bir neçə yüz mil sürətə malikdir. Bu reaktivlər ətrafdakı dumanlığa sürüklənərkən, Herbig-Haro (HH) obyektləri adlanan kiçik, parlayan dumanlıq ləkələri əmələ gətirirlər.
Dumanlıq adlanan cisimlər dörd əsas qrupa bölünür:
•H II bölgələri, tərkibində ionlaşmış hidrogen olan böyük, dağınıq dumanlıqlar (məsələn, Karina dumanlığı)
•planetar dumanlıqlar (məsələn, NGC 1501)
•Supernova qalıqları (məsələn, Crab Dumanlığı)
•qaranlıq dumanlıqlar (məsələn, Xərçəng dumanlığı)

Kim kəşf edib?
Ola bilsin ki, ilk dəfə 964-cü ildə Andromeda qalaktikası haqqında yazan və “kiçik bir bulud" görən fars astronomu Əbdürrəhman əl-Sufi tərəfindən kəşf edilib. Erkən ərəb və Çin astronomları da 1054-cü ildə Crab Dumanlığının fövqəlnova nəticəsində yarandığını başa düşüblər.
Dumanlıqlar, 17-ci əsrə və optikadakı irəliləyişlərə qədər daha çox müşahidə edilməyib. 1610-cu ildə Nicolas-Claude Fabri de Pieresc “Orion” dumanlığını kəşf edib, daha sonra dumanlıq, 1618-ci ildə İohann Baptist Cysat tərəfindən müşahidə edilib. Lakin ilk müfəssəl müşahidələr 1659-cu ildə məşhur alim Kristian Huygensi tərəfindən edilib.

Təxminən 50 il sonra Edmond Halley altı fərqli dumanlıq haqqında yazıb. Edwin Hubble, dumanlıqları istehsal etdikləri işıq spektrinə əsasən təsnif etməyə kömək edib və həmçinin, demək olar ki, bütün dumanlıqların ulduzlarla əlaqəli olduğunu və ulduz işığı ilə işıqlandırıldığını kəşf edib.
Onları görə bilərik mi?
Bəzi dumanlıqlar çılpaq gözlə görüləcək qədər parlaqdır. Orion dumanlığı onlardan biridir və Orion bürcünün qılıncındakı ulduzlar arasında yerləşir. Digərləri, dumanlıqları meydana gətirən toz buludlarını işıqlandırmaq üçün ətraflarında neçə ulduz olduğundan asılı olaraq teleskoplar vasitəsilə görülə bilər. Bununla belə, oxşar strukturlarına görə ulduz qruplarını, qalaktikaları və dumanlıqları ayırd etmək çox vaxt çətindir.

Mənbə: SpaceCenter
Tərcümə etdi: Aysu Əsgərzadə
