Bu gün:

Chanel və Stravinsky: iki xarizmatik dahi arasındakı münasibətin sirri


Böyük rus bəstəkarı İqor Stravinskinin və fransız modelyeri Coco Chanelin gizli sevgisi bir çox fərziyyələr və miflərlə örtülmüşdür. Onların romantikası çox vaxt bir-birinin sevincinə, həyatın mənasına və ilham mənbəyinə çevrilən iki dahinin qüsursuz birliyi kimi təsvir edilir. Bəs həqiqətənmi onların arasında sevgi var idi? 

İki məşhur ilk dəfə 1913-cü ildə Parisdə tanış olublar. Həmin vaxt Fransanın paytaxtında Stravinskinin yeni “Müqəddəs bahar” baletinin premyerası olub. Premyera əsl qalmaqala çevrilib.

Bəstəkarın musiqi yeniliyi, qəribə xoreoqrafiyası, rəqqasların qeyri-adi geyimləri - bütün bunlar mürəkkəb xoreoqrafiya ilə tamam başqa balet tamaşasına baxmağa adət etmiş ictimaiyyət arasında bir növ mədəni şoka səbəb olub. Nəticədə tamaşaçılar zalı tərk etdilər, yalnız bir neçə nəfər baleti sona qədər izləyib.

Həmin gün Coco ləqəbi ilə tanınan Qabriel Chanel özü də teatrın tamaşaçıları arasında idi. O, “Müqəddəs bahar”da Stravinskinin innovativ yanaşmasını qiymətləndirə, bəstəkarın adi görünüşünün arxasında parıldayan dahi qığılcımını görə bilən azsaylılardan biri idi.

Elə həmin axşam Chanel Stravinski ilə görüşdü. Bəstəkarın özü danışmağa həvəsli deyildi: “Bahar”ın uğursuzluğu onu sarsıtmışdı. Bilə bilməzdi ki, cəmi bir neçə ildən sonra onun baleti tanınacaq, musiqi və rəqs sənətində yeni “sözə” çevriləcək.

Coco Chanel və İqor Stravinski yeddi il sonra, Birinci Dünya Müharibəsindən sonra yenidən görüşdülər. O vaxta qədər hər ikisinin şöhrəti artıq bütün Avropada və onun hüdudlarından kənarına yayılmışdı. İkinci görüş daha uğurlu idi: Coco tez bəstəkarla dost oldu. Stravinskinin özü o vaxt evli idi və dörd övladı var idi. Həyat yoldaşı Yekaterina Nosenko onun əmisi qızı idi və vərəm xəstəsi idi.

Chanel bütün ailəni  villasında yaşamağa dəvət etdi. Bunda xüsusi bir şey yox idi: məşhur dizayneri o dövrün bir çox məşhurları, o cümlədən Salvador Dali ziyarət edirdi. Çox güman ki, Koko ilə İqor arasında eşq macərası burada yaranıb. Onların münasibətdə olduğuna dair heç bir dəlil yox idi. Lakin, Stravinski villada təxminən iki il keçirib.

İki il sonra o, ailəsi ilə birlikdə villadan köçdü. 1939-cu ildə vəfat edənə qədər həyat yoldaşı ilə birlikdə yaşadı və növbəti il Fransanı tərk etdi. Daha sonra orada keçirdiyi illərdən “həyatının ən bədbəxt vaxtı” olduğunu söylədi. Həyat yoldaşının ölümündən sonra bəstəkar uzun müddət kədərlənməyib. Artıq 1940-cı ildə o, çoxdankı dostu Vera Sudeikina ilə evlənib. O, otuz ildən çox onunla evlilikdə yaşayıb. O, tez-tez arvadını aldadırdı, amma Vera bunq reaksiya verməyib

Mənbə: dzen.Ru

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et