Bu gün:

Həqiqi sevgi


Sevgi “mən aşiqəm” ifadəsi, zamanın başlanğıcından bəri deyilib. Hamımız sevgi iləmaraqlanırıq və həyatımızda daha çoxunu istəyirik — bu, valideynlərimizin,dostlarımızın, ailəmizin, sevgililərimizin, partnyorlarımızın sevgisi ola bilər. 
Sevgi, dünya dinlərini idarə edib, müharibələrə səbəb olub, səmaya abidələr yüksəldib və şəhərləri yer üzünə qədər yandırıb. Yunanistanın ən gözəl qadını olan Helenin hekayəsini düşünün: dünyanın ən gözəl qadını, minlərlə gəmini yola salan o üz, on illik bir müharibəyə səbəb olub, dünyanın gördüyü ən böyük döyüşlərdən birini başladıb və beləliklə, əfsanəyə çevrilib.
 
Sevgi, həm də dünyanın ən qədim mifləri və ən böyük hekayələrinin mərkəzində dayanır. Bəli, Helen və Paris və Troya Müharibəsi; ən gözəl qadının oğurlanması və bir müharibənin  başlaması. Amma Hindistanın ən vacib əfsanələrindən birinin mərkəzində duran, Rama və Sitanın məhəbbətindən bəhs edən hekayəsini də unutmayaq — onun təhlükəli səyahəti, dəniz və quruda onu cani Ravana’dan xilas etməyə çalışması.
 
Romeo və Cülyetta nə olacaq? Shakespeare-in iki sevgilisinin faciəsi, ailələrinin nifrətinə baxmayaraq bir-birinə aşiq olmaları — və cəza almaları? Gözəllik və canavarı necə izah edəcəyik? Burada sevgi, görmə qabiliyyətindən daha çoxunu görərək qədim bir lənəti sındırma gücünə sahibdir. Sevgi hekayələri həqiqətən də zamanın əfsanəsidir.

Amma sevgi sadəcə nağıl deyil. Gerçək insanlar arasında baş vermiş həqiqi sevgi hekayələrini daha dərindən  məna kəsb edir. Və bəzən ən böyük sevgi hekayələri həqiqətən baş verənlərdir.
“Qədim Sevgi Hekayələri”, tarixin ən diqqətçəkən həqiqi romantikalarını bir araya gətirir — qorxusuz kraliçalardan və aşiq olan imperatorlardan , sevdikləri insanlar üçün döyüşən və həyatını qurban verən insanlara qədər. Bir çox cəhətdən bunlar uydurma olan hekayələrdən daha diqqətçəkəndir.

Sander Bergin möhtəşəm illüstrasiyaları ilə yenidən nəql etdiyi “11 Həqiqi Sevgi” hekayəsini bir araya gətirərkən, oxucuları sevginin üç min il ərzində keçdiyi yola səyahət etdirmək istəyib. Bu səyahət Çinin dağlarından Babilin pilləli məbədlərinə, qədim Yunanıstanın dağılan qəbirlərindən Tac Mahalin nağılvari minarələrinə qədər uzanır. Burada Kleopatra kimi möhtəşəm kraliçalar, Roma imperatorları, və öz sevgiləri uğrunda sərhədləri aşan adi insanlar yer alır.

Sevgi həqiqətən də müxtəlif, fərdi və heyrətamizdir, bu dünyada əsrlər boyunca yaşayan və sevən milyardlarla insan qədər fərqli olur.

Mənbə: Historia  
Tərcümə etdi: Nigar Muştaqova  


Paylaş
Şərh əlavə et