Bu gün:

Göbələklər fotosintez edə bilir?


Fotosintez nədir?

Fotosintez bitkilər, yosunlar və bəzi bakteriyaların günəş işığını kimyəvi enerjiyə çevirdiyi əsas biokimyəvi prosesdir. Bu proses zamanı karbon qazı və su günəş işığının enerjisi ilə birləşərək qlükoza və oksigenə çevrilir. Fotosintez üçün xloroplastlarda mövcud olan xlorofil piqmenti vacibdir. Xlorofil günəş işığını udaraq bu prosesi başlatmağa imkan verir. Fotosintez yer üzündə oksigen səviyyəsini qoruyur və qida zəncirinin başlanğıcını təşkil edərək həyatın davamı üçün mühüm rol oynayır.


Göbələklər fotosintez edə bilərmi?

Göbələklər fotosintez etmə qabiliyyətinə malik deyillər, çünki onların tərkibində xlorofil yoxdur. Bu səbəbdən onlar günəş işığını kimyəvi enerjiyə çevirmək əvəzinə, qida maddələrini xarici mənbələrdən alır. Göbələklər heterotrof orqanizmlər hesab olunur və qidalarını ölü üzvi maddələrdən və ya canlı orqanizmlərdən əldə edirlər.


Göbələklərin ekosistemdəki rolu

Göbələklər ekosistemin mühüm hissəsidir. Saprotrof göbələklər üzvi maddələrin parçalanmasını və təkrar emalını təmin edir. Mikorizal göbələklər bitkilərin inkişafını dəstəkləyir, parazit göbələklər isə təbii tarazlığı tənzimləyir. Bu müxtəlif funksiyalar göbələklərin ekosistemdə əvəzedilməz rolunu bir daha sübut edir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et