Bu gün:

Pişiklər və itlər yuxularında nə görürlər?


2001-ci ildə MIT-dən bir tədqiqatçı heyvanların da insanlara bənzər yuxular gördüyünü kəşf etdi. Amerika Baytarlıq Tibb Assosiasiyasının prezidenti Jose Ark deyib ki, itlər çox güman ki, öz sahiblərini və digər itlərlə oynadıqları oyunları xəyal edirlər.

2001-ci ildə Wilson və onun həmkarları ilk dəfə siçanların yuxu gördüyünü və ya ən azı onların beyinlərinin yuxu zamanı insan beyninin olduğu kimi reaksiya verdiyini və buna bənzər təsirlər yaratdığını kəşf ediblər. Tədqiqatçılar təkrarlanan labirintləri həll etmək üçün siçanların beyinlərindəki bir çox neyronların cavablarını qeyd edib. Daha sonra REM (rapid eye movement) yuxusu zamanı eyni neyronların cavablarını qeyd ediblər.

Tədqiqatçılar siçanların REM yuxusunun 44%-də labirintlərdə verdiyi cavablara uyğun gələn neyron reaksiyalarını müşahidə ediblər. Bu neyron fəaliyyətləri bir neçə dəqiqələrlə davam edib və onların fəaliyyət tezliyi siçanlar oyaq olduqda ölçülən ilə eyni idi. Başqa sözlə, heyvanlar oyaq ikən etdiklərini REM yuxusunda yenidən yaşayırdılar. Tədqiqatçılar bu tapıntıları 2001-ci ildə Neuron jurnalında dərc ediblər.

British Columbia Universitetinin psixologiya üzrə təqaüdçü professoru Stenli Koren itlərin də yuxu görə biləcəyini deyib. Live Science- a danışan Koren deyib ki, itlər insanlardan daha çox yatır və yuxuya xüsusi meyllidirlər. Bundan əlavə, struktur olaraq, it yuxusu insan yuxusuna təəcüblü dərəcədə bənzəyir.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et