Bu gün:

Benjamin Franklin effekti


Benjamin Franklin effekti insanların o insana yaxşılıq etdikdən sonra kimisə daha çox bəyənməsinə səbəb olan koqnitiv qərəzdir, xüsusən də əvvəllər həmin insanı bəyənməmişiksə və ya onlara qarşı neytral olmuşuqsa.

Biz insanlarda "sadəlövh realizm" kimi tanınan bir tendensiya var - biz inanırıq ki, dünyanı olduğu kimi görürük və bizim təəssüratımız "reallığın" obyektiv və dəqiq təsviridir.

Biz özümüzü aldatmağı yaxşı bacarırıq və xarici aləmlə bağlı öz fikirlərimiz, münasibətimiz, təəssüratlarımız və fikirlərimiz daxildən dəyişdiyi zaman onu tanımaqda çox səmərəsizik.

Bu fenomenin təzahürlərindən biri Benjamin Franklin effekti hesab olunur.

Franklin kasıb bir ailədə anadan olub, 16 qardaş və bacısı var idi və onun uğur qazanmaq və ya heç olmasa təhsil almaq şansı demək olar  yox idi.

Çatışmazlıqlarını kompensasiya etmək üçün, fərqinə varmadan, o, güclü şəxsiyyətlərarası bacarıqları tez öyrənib və "şəxsi siyasi oyunun ustası" olub.

Kiçik yaşlarından natiq və intriqan, hiyləgər və inandırıcı  bir insan idi. O, gizli alətlər  topladı, onlardan biri Benjamin Franklin Effekti idi, bu alət 1730-cu illərdə olduğu kimi bu gün də faydalıdır və hələ də eyni dərəcədə əks-intuitivdir.

Franklin ondan xoşu gəlməyən adamın kitabxanasında nadir kitab olduğunu bildiyi üçün ona məktub yazıb və bir neçə günlüyə ona borc verə biləcəyini soruşub. Adam razılaşıb və bir həftə sonra Franklin kitabı bəyəndiyini bildirən məktubla ona qaytarıb.

Növbəti görüşlərində Franklin əvvəllər ondan xoşu gəlməyən adamın onunla daha nəzakətlə danışmağa başladığını və başqa məsələlərdə ona kömək etməyə hazır olduğunu göstərdiyini görüb və bu, iki kişinin yaxşı dost olmasına səbəb olub.

Benjamin Franklin Effekti adətən iki və ya daha çox ziddiyyətli inancın eyni anda saxlanmasının psixoloji sıxıntıya səbəb olduğunu irəli sürən koqnitiv dissonans nəzəriyyəsi ilə izah olunur.


Mənbə: dzen. Ru
Tərcümə etdi:Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et