
Şamanizm inancına görə, şamanın təbiətdə bilinməyən bir gücü var. Faydalı və ya zərərli şəkildə istifadə etmək onun öz ixtiyarındadır. Təbiətlə harmoniyada yaşayan toplumların həyatlarının davam etdirilməsi bir növ təbiətdən asılıdır. Bu sədaqət təbiətin bəxş etdiyi nemətlərlə bağlıdır. Ona görə də bəzi insanların, məsələn, şamanların təbiətdə söz sahibi olması cəmiyyət tərəfindən arzu edilib. Qədim insanların şamanlara inanmasının səbəblərindən biri bəlkə də onların təbiət ilə mübarizə apara biləcəklərinə və bəlkə də onu məğlub edə biləcəklərinə inanmaq ehtiyacı idi.
Şamanların sahib olduqlarına inanılan ən böyük gücü onların heyvan formasına çevrilə biləcəkləri inancıdır. Əslində, mifik dövrlərdə tayfanın hər bir üzvünün özünün heyvan formasına çevirə biləcəyinə inanılırdı. Sonralar bu qabiliyyət şamanlara xas olaraq qaldı. İnanca görə, daha əvvəl ətraflı şəkildə gördüyümüz kimi, trans vəziyyətində olan şaman heyvani formada olan əcdadının təbiətini yaşaya bilirdi.
Şaman geyimi, nağarası və baş geyimi ilə bir bütövdür və bütün bu əşyalar şamanın qoruyucu ruhları olan müqəddəs heyvanlar kimi maskalanmaq üçün lazımdır. Şaman kostyumu vəhşi heyvanı və sahibi olduğu güc və hökmranlığı vurğulayır. İbtidai insanlar, ehtimal ki, mərasimlərdən əvvəl heyvan maskaları və geyimlərdən istifadə ediblər. İnsan bədəninin və ya skeletinin kostyumlu təsviri bədənin ruha qaytarılmasını təmin etmək üçün istifadə edildiyi düşünülüb.
Şaman bu kostyumla heyvanlar aləminə girib onlara “Məndən qorxmayın”, və ya "Məni incitmə, mən də sizdən biriyəm" deyə bilər. Təbiətdən gələn başqa bir canlıya bənzətmə cəhdləri insanların rituallarında və psixi dünyasında yer tapıb.
Şaman geyimləri zaman və coğrafi baxımdan fərqli olsa da, əminliklə deyə bilərik ki, şaman ayinlərini gündəlik geyimdə yerinə yetirmir. Bəzi hallarda bu rituallar geyim olmasa belə, müqəddəs sayılan aksessuarla icra olunub. Eyni zamanda, şaman gündəlik həyatda ritual geyimdən istifadə etmir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Sona Osmanova
