1876-cı il martın 3-də ABŞ-ın Kentukki ştatının Bath qraflığında qeyri-adi hadisə baş verib. Səhər saatlarında göydən ət parçaları tökülüb. Bu hadisə yerli sakinləri çaş-baş salıb və müxtəlif fərziyyələrə səbəb olub. Hadisənin səbəbi bu günədək tam aydınlaşdırılmayıb.

Hadisənin şahidi olan fermer xanım Crouch həmin səhər evinin eyvanında sabun hazırlayarkən gözlənilmədən göydən yerə ət parçalarının düşdüyünü görüb. Ət parçaları təxminən 90x45 metr sahəyə yayılıb. Parçaların əksəriyyəti 5x5 sm ölçüsündə olsa da, bəziləri 10x10 sm-ə qədər böyüklükdə olub. Mrs. Crouch və həyat yoldaşı bu hadisənin ilahi bir mesaj olduğunu düşünüblər.
Qısa müddət ərzində bu hadisə "Scientific American" və "The New York Times" kimi nüfuzlu nəşrlərdə geniş şəkildə işıqlandırılıb.
Hadisədən sonra aparılan araşdırmalara baxmayaraq, ət parçalarının mənşəyi tam aydınlaşmayıb. Analizlər göstərib ki, parçalar müxtəlif toxumalardan ibarətdir. Bəziləri ağciyər toxuması, digərləri isə əzələ və qığırdaq toxumaları kimi təsnif edilib. Hətta bir araşdırma nəticəsində bu toxumaların ya ata, ya da insan körpəsinin ağciyər toxuması ola biləcəyi irəli sürülüb.
Digər fərziyyələrdən biri isə parçaların "Nostoc" adlı siyanobakteriyadan qaynaqlandığını iddia edib. Bu bakteriya yağışla təmasda olduqda şəffaf, jelə bənzər bir maddəyə çevrilir. Lakin hadisə zamanı yağış yağmadığından bu izah məntiqli qəbul edilməyib.
Ən çox qəbul edilən nəzəriyyə isə hadisənin leşçil quşlarla, xüsusən də "akbabalara" bağlı olmasıdır. Akbabalar təhlükə hiss etdikdə və ya sürətlə uçmaq üçün mədələrindəki qidanı xarix edə bilirlər. Alimlər hesab edirlər ki, bu hadisə zamanı bir qrup akbaba mədə möhtəviyyatını xaric edib, digərləri isə bu davranışı təqlid edərək eyni şeyi ediblər.
Bu sirli hadisə hələ də tam izahını tapmayan tarixi müəmmalardan biri kimi qalır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
