
Bir çox insanlar sarayda həyatın ləzzətlərlə dolu olduğunu düşünür. Keyt Middlton ictimaiyyət qarşısına çıxanda taxt varisinin həyat yoldaşı kimi qüsursuz görünür və heyranlıq oyadır. Amma bu status onun üzərinə o qədər çox vəzifələr qoyur ki, istənilən yeni gələn protokol qaydaları və qadağalar məsələsində çaş-baş qala bilər. Çoxlu dəyişikliklərə baxmayaraq, kral ailəsi hələ də müəyyən mənada çox mühafizəkardır və o, qaydalara ciddi şəkildə əməl etməlidir.
1. Doğuşdan əvvəl körpənin cinsiyyəti açıqlanmır
Varis doğulmazdan əvvəl onun cinsini öyrənmək qeyri-mümkün bir işdir. Kral ailəsinin üzvlərinə oğlan və ya qız gözlədiklərini söyləmək mümkün deyil. Bilsələr də, körpə doğulmamışdan əvvəl heç vaxt ən kiçik bir işarə belə verə bilməzlər. Uilyam və Keytin üç övladı ilə də belə olub.
2. Avtoqraf yoxdur
Uelsli cütlük hara getsə, onları həmyerliləri qarşılayır və onlar şahzadə ilə görüşməkdən çox xoşbəxtdirlər. Onlar Keytə çiçək təqdim edir və onun əlini sıxmağa tələsirlər. Lakin kral ailəsinin pərəstişkarları ondan nə qədər avtoqraf istəsələr də, onun öz adından imza atmasına icazə verilmir.
3. Dəniz məhsulları yoxdur
Keytə də kral ailəsinin digər üzvləri kimi dəniz məhsulları yeməyə icazə verilmir. Və hamısı ona görədir ki, monarxlar arasında bu məhsullar sağlamlıq üçün təhlükəli hesab olunur. Kral ailəsinin üzvləri bu cür risklərə gedə bilməzlər! Düzdür, Keytin dəniz məhsullarını sevib - sevmədiyin bilmirik. Bəlkə də bu qadağa onu narahat etmir.
4. Rəngli manikur yoxdur
Keytin maniküründə adətən iki neytral çalar var: Soft Pink (solğun çəhrayı) və Nude (açıq qəhvəyi). Çox vaxt Kate heç bir dırnaq boyası çəkmir. Protokolda qeyd olunur ki, kral ailəsinin üzvləri parlaq manikürdən çəkinməlidirlər və Kraliça II Yelizaveta həmişə bu qaydaya əməl edib.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy
