Bu gün:

Heyvanlar sevgisini necə göstərir?


“Heyvan münasibətləri düşündüyümüzdən daha mürəkkəbdir”,- deyə Vanderbilt Universitetinin bioloji elmlər üzrə dosenti Patrik Abbot bildirir. Abbotun sözlərinə görə, bu davranışlara hər zaman insan sevgisi anlayışını tətbiq etmək olmaz; “Çox güman ki, onlar bunu sağ qalmaq və nəsillərini artırmaq üçün edirlər”.
Amma Abbot, hətta heyvanların bir məqsəd üçün birləşdiyini düşünsək də, onların insanlara sevgi haqqında çox şey öyrətdiyini də deyir. Abbot belə izah edir:
“Heyvanlar dünyası bizə dəfələrlə göstərir ki, aşiq olmaq insanlar üçün faydalıdır. Heyvanların bu davranışları nə üçün etdiyini bilmək Sevgililər gününü daha mənalı edir, çünki bu sizə daha böyük bioloji bir fəaliyyətin parçası kimi hiss etdirir” .  
Abbot deyir: “Heyvanlar bizim sevgi kimi qəbul edə biləcəyimiz davranışlar nümayiş etdirir, lakin bu onların və nəsillərinin sağ qalmasını təmin edir. Məsələn, pengvinlərdə erkək yumurtanı və balanı isti, təhlükəsiz saxlayır, dişi isə həftələrlə qidalanmaq üçün uzağa gedir və qayıtdıqda yerlərini dəyişirlər". O əlavə edir: “Primatların bir-birinin tükünü təmizləməsi klassik görüntüsü, yırtıcılardan və ya parazitlərdən qorunmaq üçün sosial əlaqəni gücləndirdiklərinin nümunəsidir. Bəzi heyvanlarda biri xəbərdarlıq səsi çıxara bilər ki, bu da qrup üçün sevgi göstərirmiş kimi görünə bilər və özünü təhlükəyə atır. Amma eyni zamanda, ‘Mən buradakı ən güclü və ya sağlam fərdəm, yaxınlıqda daha zəif olanlar var’ demək ola bilər.”
Bu cür sosial əlaqələr üçün çoxlu bioloji izahlar mövcuddur, amma onlar bizim insanlar olaraq sevgi kimi tanıdığımız hissləri ifadə edir.
Mənbə: Earthsky  
Tərcümə etdi: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et