Bu gün:

2024-cü ildə ən çox oynanılan mobil oyunlar


Mobil oyun dünyası hər il olduğu kimi 2024-cü ildə də çox aktiv olub. Milyonlarla oyunçunun həvəslə oynadığı və yeni təcrübələr axtardığı bu ilin ən populyar mobil oyunlarını sizin üçün topladıq. 2024-cü ildə ən çox oynanan mobil oyunlar və bu oyunlar haqqında ətraflı rəylər aşağıdakılardır:


1. Garena Free Fire

Garena Free Fire, gərgin rəqabət və strategiyanın ön planda olduğu bir döyüş  oyunudur. Oyunçuların xəritədə sağ qalmaq üçün mübarizə apardığı bu oyunda əsas məqsəd avadanlıq toplamaq və sonda sağ qalan oyunçu olmaqdır.


2. Genshin Impact

Genshin Impact möhtəşəm qrafikası və cəlbedici hekayəsi ilə diqqət çəkir. Oyunçular geniş açıq dünyada müxtəlif macəralara atılarkən müxtəlif personajlarla fərqli qabiliyyətlərdən istifadə edə bilərlər.


3. Asphalt 9: Legends

Yarış həvəskarları üçün əvəzolunmaz oyun Asphalt 9: Legends təsirli qrafika və yüksək sürətli hərəkət təklif edir. O, müxtəlif rejimləri və fərdiləşdirilə bilən nəqliyyat vasitələri ilə oyunçulara unikal yarış təcrübəsi təqdim edir.


4. Diablo Immortal

“Blizzard Entertainment”in əfsanəvi Diablo seriyasının mobil versiyası olan Diablo Immortal, çox əyləndirici oyundur. Oyunçular müxtəlif xarakter sinifləri və zindan kəşfiyyatı ilə zəngin bir hekayə yaşayırlar.


5. PUBG Mobile

PUBG Mobile böyük xəritələri və ətraflı qrafikası ilə seçilir. Oyunçular avadanlıq toplamaq və strateji nöqtələri ələ keçirməklə sağ qalmağa çalışırlar.


6.Brawl Stars

“Supercell”in məşhur oyunlarından biri olan Brawl Stars, sürətli templi çox oyunçu döyüşləri ilə diqqət çəkir. O, oyunçulara müxtəlif personajlar və oyun rejimləri ilə dinamik və əyləncəli təcrübə təqdim edir.


7. Stumble Guys

Stumble Guys, gülməli və rəqabətli quruluşu ilə “Fall Guys”a bənzər bir təcrübə təqdim edir. Maneələrlə dolu bu platformada digər oyunçularla yarışaraq birinci olmağa çalışırsınız.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et