Bu gün:

İşıqforlar nə üçün qırmızı, yaşıl və sarı rəngdədir?


İşıqforlar yollarda təhlükəsizliyi təmin etmək və nəqliyyatın hərəkətini tənzimləmək üçün çox vacibdir. Bəs nə üçün məhz bu 3 rəng seçilib? İşıqforun qırmızı, sarı və yaşıl olmasının səbəbləri bunlardır:


Rənglərin mənası

Qırmızı: Dayan! 

Bu rəng təhlükəni təmsil edir və diqqəti cəlb edir. Qırmızı çox vaxt stimullaşdırıcı rəng hesab olunur.


Sarı: Diqqət edin! 

Bu rəng sürücülərə dayanmalı və ya diqqət etməli olduqlarını bildirir. Sarı hərəkət vaxtı üçün xəbərdarlıqdır.


Yaşıl: İrəli get! 

Bu rəng təhlükəsiz hərəkət etməyə imkan verir. Yaşıl, təbiətin rəngi olaraq, sülh və inam hissi yaradır.


Rəng seçimi insanların vizual qavrayışına əsaslanır. Qırmızı təbiətdə nadir bir rəngdir və gözlərimizin ən çox diqqət etdiyi rənglərdən biridir. Sarı diqqəti çəkən və diqqəti cəlb edən rəngdir, sürücüləri xəbərdar etmək üçün idealdır. Yaşıl çox vaxt özünə inamla əlaqələndirilir.


Sürücülərin və piyadaların təhlükəsizliyini təmin etmək üçün işıqforların qırmızı, sarı və yaşıl rəngləri diqqətlə seçilib. Bu rənglərin hər biri müəyyən bir mesaj verir və nəqliyyat nizamını qorumağa kömək edir. Bu sadə, lakin effektiv sistemin hərəkət təhlükəsizliyinin artırılmasında və qəzaların qarşısının alınmasında böyük əhəmiyyəti var.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et