Bu gün:

Meşələr haqqında 5 fakt


1. Meşələr heyvanların, bitkilərin və həşəratların yer üzündə yaşayan növlərinin 80%-dən çoxunun evidir. 

Bu heyvanlar meşənin sağlam qalmasına kömək edir. Məsələn, fillər yedikləri meyvələrdən toxumları yayır. Bu toxumlar onların bağırsaqlarından keçdikdə həzm olunmamış halda nəcisdə çıxır və torpaqda cücərir.

2. Meşələr yağış yarada bilir

Dünyada əlçatan olan təmiz suyun üçdə biri meşələrin içindən və ya ətrafındakı çaylardan gəlir. Meşələr torpaqdakı suyu atmosferə çox miqdarda köçürür və nəticədə yağış yaradır. Amazon meşələrinin bəzi hissələri hətta öz yağış mövsümünü başlada bilir.

3. Meşələr haqqında hələ də bütün məlumatlara sahib deyilik

Yer kürəsində neçə ağac növünün olduğunu dəqiq bilmirik, lakin alimlər təxmin edir ki, 63,000-ə yaxın məlum ağac növü var. Elm üçün hələ də tanınmayan təxminən 9,000 ağac növü ola bilər.

4. Meşələr karbonu saxlamaqda son dərəcə yaxşıdır

Bu karbonun çox hissəsi torpağın altında saxlanılır. Məsələn, Böyük Britaniya meşələrində saxlanılan karbonun təxminən 70%-i torpaqda yerləşir. Qalan hissəsi köklərdə, torpaq səthindəki tullantılarda və ağacın yerüstü hissəsində saxlanılır.

5. Tropik meşələrimiz atmosferdə olan karbonun üçdə biri qədərini saxlayır

Dünya meşələrində saxlanılan karbonun təxminən 30%-i Cənubi Amerikanın meşələrində toplanır - təxminən 82 gigaton.

Mənbə: WFF

Tərcümə etdi: Aysu Salahova

Paylaş
Şərh əlavə et