Bell cadısı əfsanəsi Amerika xalq nağıllarının ən məşhur və qorxulu nümunələrindən biridir. 19-cu əsrin əvvəllərində Tennessidə yaşayan Bell ailəsini təqib etdiyi deyilən bu qeyri-adi varlıq o dövrdə böyük qorxu yaradıb və Amerikanın ilk böyük paranormal hadisəsi kimi tarixə düşüb.

Bell ailəsi və paranormal oyunlar
Bell cadısı əfsanəsi Tennessi ştatının Adams şəhərində yaşayan Bell ailəsinin başına gələn qəribə hadisələrə əsaslanır. 1817-ci ildə fermer Con Bell ailəsi ilə burada yaşayıb. Təsərrüfatlarında qəribə və qorxulu hadisələr baş verməyə başlayanda ailənin həyatı dəyişir. Con Bell bir gün öz torpağında qəribə bir varlıq gördüyünü iddia edir. Bu məxluqun başı it, bədəni isə dovşan idi. Bell tüfəngi ilə məxluqu vurmaq istəsə də, o, gözdən itib və bir daha görünməyib. Bu məxluqun cadugərlərin köməkçiləri kimi tanınan məxluq olduğu şüphəsi ortaya çıxıb.
Bu hadisədən qısa müddət sonra Bell ailəsinin evində narahatedici və izaholunmaz hadisələr baş verməyə başlayıb. Evdə gecənin ortasında eşidilən qəribə tıqqıltı səsləri, divarlardan gələn tıqqıltı səsləri, hərəkət edən əşyalar və görünməyən varlığın danışığı eşidilməsi kimi paranormal simptomlar yaşanıb. Lakin bu hadisələrin ən qorxulu tərəfi görünməyən varlığın ailə üzvlərinə fiziki hücum etməsi olub. Xüsusilə John Bell və qızı Betsy Bell bu hücumlardan ən çox təsirlənənlərdən biri olub. Betsi tez-tez gözə görünməyən bir qüvvə tərəfindən yumruqlanır, saçları dartılıb və bədənində çapıqlar yaranıb.
Bell cadısının şəxsiyyəti: Kate Batts əfsanəsi
Bell cadısı haqqında ən çox yayılan inanca görə, bu varlıq Kate Batts adlı bir qadının ruhudur. Kate Batts, Con Bellin qonşusu olub və onunla pis münasibətləri ilə tanınıb. O, Bell haqqında mənfi şayiələr yayıb və Bellin torpaq sövdələşməsində onu aldatdığı iddia olunub. Şayiələrə görə, Kate Batts ölümündən əvvəl Belli lənətləyib və onun ruhu sonradan Bell ailəsini təqib edib.
Varlıq özünü "Kate" adı ilə təqdim edib. Kate zaman-zaman evdəki söhbətlərə cavab verib, qonaqlara görünərək daim ailə üzvləri ilə ünsiyyətdə olub. Xüsusilə Con Bellə qarşı düşmən münasibət göstərib. Rəvayətə görə, Bell Cadugəri Con Bellin ölümünə səbəb olmaq istəyib və 1820-ci ildə bu məqsədinə nail olub. Con Bell uzun sürən xəstəlikdən sonra vəfat edib, bu isə həmin varlığın qələbəsini elan etdiyi an kimi qeydə alınıb.
Con Bellin ölümü, əfsanənin ən vacib dönüş nöqtələrindən biri hesab olunur. 1820-ci il dekabrın 20-də Bell yatağında ölü tapılıb. Ailəsinin iddiasına görə, Bell ölümündən az əvvəl naməlum bir maye içib. Bu mayenin tərkibi və mənbəyi heç vaxt aydınlaşdırılmayıb. Bellin ölümündən sonra evdə paranormal hadisələr bir müddət davam etsə də, zamanla azalmağa başlayıb.
Con Bellin ölümü, Bell Cadısı əfsanəsinin daha da məşhurlaşmasına səbəb olub. Keyt Battsın lənəti və Bell ailəsini təqib edən ruh o dövrün Amerikası üçün böyük maraq doğurub. Hekayə ağızdan-ağıza yayılaraq, Bell Cadısını Amerikanın ən məşhur xəyal hekayələrindən birinə çevirmişdi. Əfsanə o qədər geniş yayılıb ki, hətta ABŞ Prezidenti Endryu Ceksonun da sonrakı illərdə Bell ailəsinin evini ziyarət etdiyi və orada bəzi paranormal hadisələrə şahid olduğu söylənilir.
Mənbə: Dmax
Tərcümə etdi: Dilbər Paşazadə
