Əgər bir neçə pişiklə birgə yaşamaq şansınız olubsa, onların hər birinin fərqli xarakterə malik olduğunu bilirsiniz. Amma xarakterlərindəki fərqlərə baxmayaraq, pişiklər bir çox ortaq və inanılmaz xüsusiyyətlərə sahibdirlər.
1. Çox inkişaf etmiş qoxu hissi
Pişiklərin damağında “vomeronazal orqan” adlanan bir quruluş var ki, bu onların qoxuların dadını hiss etməsinə imkan yaradır. Pişiyiniz bəzən ağzını açıq saxlayırsa, bu, ehtimal ki, qoxuları, məsələn, feromonları bu orqana göndərmək üçün edilir və buna “Flehmen reaksiyası” deyilir. Pişiklər, həmçinin burunları vasitəsilə düşmənlərini, cütlüklərini, insanları və digər pişiklərin ərazilərini müəyyən edirlər.
2. “Psixi” bığlarPişiklərin bığları adi tüklərdən qalındır, kökləri dərin yerləşir və mühüm hissiyyat məlumatları təmin edir. Bığlar o qədər həssasdır ki, obyektə toxunmadan, hətta hava axınındakı dəyişiklikləri belə hiss edə bilirlər. Hədəfin diri olub-olmadığını yoxlamaq üçün pişiklər bığlarını aşağıya doğru çevirə bilirlər. Bu bığlar həm də pişiklərə dar yerləri ölçüb keçib-keçə bilməyəcəyini müəyyən etməyə kömək edir.
3. Çox sürətli ayaqlar
Bəzi pişik cinsləri qısa məsafələrdə saatda təxminən 30 mil sürətə çata bilirlər. Pişiklərin arxa ayaqları tullandıqları zaman bədənlərinin böyük hissəsini dəstəkləyir. Tullanmazdan əvvəl arxa ayaqlarının titrəməsi və arxalarının yırğalanması onların tullanış gücünü yoxlaması üçündür.
4. Balanslı quyruq
Pişiklərin quyruğu təkcə onların əhvalını göstərmir, həm də ağaca dırmaşanda və ya divanın kənarında dayanarkən balanslarını qorumağa kömək edir. Quyruq, həmçinin pişiklərə sürətli dönmələr zamanı tarazlığı qorumağa kömək edir.
5. Fövqəladə eşitmə qabiliyyəti
Pişiklərin konus formalı qulaqları insanlardan 5 dəfə uzaq məsafədəki səsləri eşidə bilir. Bu onlara səsin mənbəyini dəqiq müəyyən etməyə imkan verir.
6. Uzağa fokuslanma qabiliyyəti
Pişiklər yaxın məsafədəki hərəkətsiz obyektləri görməkdə çətinlik çəkirlər. Bu səbəbdən yem qabındakı suyu içməzdən əvvəl pəncəsi ilə yoxlayırlar.
7. Sərt dil
Pişiklərin dili insan dırnaqlarındakı keratin maddəsini ehtiva edən kiçik, geriyə yönəlmiş çıxıntılarla örtülmüşdür. Bu çıxıntılar pişiklərə tüklərini daramaq və təmizləmək üçün yardım edir.
8. Elastik bədən
Pişiklərin onurğası çox çevikdir, bu da onlara demək olar ki, bütün bədənlərini təmizləməyə imkan verir.
9. Güclü pəncələr
Pişiklərin pəncə yastıqları sıçrayışlardan sonra əyləc kimi xidmət edir və yerə enərkən zərbəni yumşaldır.
Mənbə: Vetstreet
Tərcümə etdi: Nigar Muştaqova
