
Yaxın Şərq arxeoloqlar üçün sözün əsl mənasında xəzinə mənbəyidir.
Suriya, İraq, Livan və digər turizm üçün təhlükəli olan dövlətlər, qədim imperiyalar (Aşşur, Əhəmənilər, Selekvidlər, Qədim Roma) həmçinin Osmanlı dövründən qalma arxeoloji tapıntılara sahibdir. Lakin təəssüf ki, Suriya sivilizasiyanın beşiyi olaraq hələ də lazımi qiymətə layiq görülməmişdir.
Eramızdan əvvəl X minillikdə ovçuluqdan əkinçiliyə keçidin ən qədim izləri Suriyanın As-Suvaida bölgəsində tapılmışdır. Şimali Tel Karas kurqanının əhalisi 11.000 il əvvəl iki növ buğdanı və bir növ arpanı yetişdirmişdilər.
2014-cü ildə aparılan qədim insanların DNT analizi göstərdi ki, Avropada ilk dəfə kənd təsərrüfatını mənimsəyənlər Yaxın Şərqdən köç etmiş əkinçilər olmuşdur.
Almaniya və İspaniyada 7.000 il əvvəl yaşamış insanların DNT-si qədim suriyalıların DNT-si ilə uyğunluq göstərir. Tədqiqatçılar hesab edirlər ki, müasir Suriya ərazisindəki əkinçilər əvvəlcə Yunanıstana köçmüş, oradan isə Avropanın digər bölgələrinə yayılmışlar.
Eramızdan əvvəl V minillikdə burada Nagar adlı bir şəhər (indiki Tel Brak) yaranmışdır. O dövrdə şəhərdə 20.000 nəfər yaşayırdı ki, bu da həmin dövrün standartlarına görə meqapolis (böyük şəhər) hesab olunurdu.
Dəməşq, Yer kürəsinin ən qədim paytaxt şəhəri hesab olunur. Hesablamalara görə, şəhərin yaşı 4.500 il, ərəb tarixçilərinə görə isə 7.000 ildir. Tarixçi İbn Asakirə görə, Böyük Daşqından sonra tikilmiş divar məhz Şamın (Dəməşqin) divarı olub.
Mənbə: Viasat History
Tərcümə etdi: Səid Quliyev
