Üç aylar, İslam dinində müqəddəs sayılan Rəcəb, Şaban və Ramazan aylarını əhatə edir. Bu aylarda oruc tutmaq müstəhəb (tövsiyə edilən) bir ibadət sayılır. Xüsusilə Ramazan ayında oruc tutmaq vacibdir. (Bəqərə surəsi, 2/184-185).
Peyğəmbərimiz Hz. Məhəmməd (s.a.s.) Rəcəb ayı girdikdə belə dua edərdi: "Allahım! Rəcəb və Şaban aylarını bizim üçün mübarək et və bizi Ramazana çatdır".
Hz. Peyğəmbərin (s.a.s.) Ramazandan başqa heç bir ayı tamamilə orucla keçirmədiyi, lakin digər aylara nisbətən Rəcəb və Şaban aylarında daha çox nafilə oruc tutduğu rəvayət edilir. Bu səbəbdən, Rəcəb və Şaban aylarını fasiləsiz olaraq orucla keçirməyin dini bir əsası yoxdur. Ancaq sağlamlığı imkan verən hər kəs bu aylarda istədiyi qədər nafilə oruc tuta bilər.
2025-ci il üçün üç ayların başlanğıcı 1 yanvar Çərşənbə gününə təsadüf edir. Bu tarixdən etibarən oruc tutmağa başlamaq mümkündür.
Üç aylar içərisindəki mühüm tarixlər isə belədir:
Rəqaib gecəsi: 2 yanvar 2025, Cümə axşamı
Mirac gecəsi: 26 yanvar 2025, Bazar
Bərat gecəsi: 13 fevral 2025, Cümə axşamı
Ramazan ayının başlanğıcı: 1 mart 2025, Şənbə
Qədr gecəsi: 26 mart 2025, Çərşənbə
Bu mübarək günlərdə oruc tutmaq və digər ibadətlərlə məşğul olmaq böyük savab gətirir.
Mənbə: Ntv
Tərcümə etdi: Zeynəb Həsənova
