Bu gün:

"Titanik" filmi haqqında bilmədiyimiz 5 fakt


1997-ci ildə çəkilən “Titanik” filmindəki gənc aşiq cütlük – Leonardo DiCaprio və Kate Winsletin canlandırdığı obrazlar – Ceyms Kameronun epik filmini kassa rekordu qıran bir uğura çevirdi. Film 11 Oskar qazandı və dəfələrlə yenidən nümayiş etdirilərək dünyada 2,2 dollardan çox gəlir əldə etdi.

Titanik real dəniz fəlakinin 100-cü ildönümünü anmaq üçün 4 aprel 2012-ci ildə 3D formatında yenidən kinoteatrlarda nümayiş etdirildi. 

1. Leonardo DiCaprio rolu az qala rədd edirdi

O zamanlar 21 yaşında olan aktyor romantik baş rolda oynamaq istəmirdi. 

2. Su isti idi (bir neçə səbəb)

Kameron yeddi aylıq çəkilişlərin çətin keçdiyini qəbul etsə də, islanmalı səhnələrin aktyorlar üçün o qədər də ağır olmadığını söyləyib. “Tankdakı su təxminən 26 dərəcə idi, yəni kiçik bir hovuz kimiydi. Soyuq nəfəs effektləri sonradan əlavə edildi”,- o deyib.

3. Kate Winslet və Leonardo DiCaprio illər sonra filmi izləməkdə çətinlik çəkdilər

Winslet deyir: “Dəhşətli! İndi 15 il keçib və həm özüm, həm də işim haqqında çox şey öyrəndim. Titanikdəki halıma baxıram və kaş o illərdəki biliklə oynayardım”. 

"DiCaprio Yaxınlarda filmin 3D formatına çevrilmiş halda olan 18 dəqiqəlik bir hissəsinə baxdı. Öz gəncliyə baxıb qəhqəhə çəkirdi. Uzun müddətdir izləmədiyi üçün böyük ekranda görünəndə əlini üzünə qoyub gülürdü”,- o deyib.

4. Kate Winslet çəkiliş ortasında qırxma müddəti yaşadı

Winslet Rouzun gəmidən atlanmağa hazırlaşdığı səhnə haqqında deyib: “Leonun əlimi tutduğu bir hissə var və Cim işıqlandırma ilə qollarımdakı incə tükləri çox nəzərəçarpan etdi. Cim 'Qollarını qırxmalıyıq'- dedi. Çəkiliş dayandırıldı, makiyaj mütəxəssisləri bir ülgüc ve köpük gətirdi. Çox gülməli idi. Bunu heç vaxt unuda bilmirəm”.

5. Leonardo DiCaprio və Kate Winslet dostlaşdılar

Kameron “Bir-birlərinə çox güvənirdilər”,- deyib. "Winslet o dövrdəki gənc DiCaprionu “çılğın” adlandırsa da, vacib anlarda onun yanında olub". 

Mənbə: People News 

Tərcümə etdi: Nigar Muştaqova 

Paylaş
Şərh əlavə et