Glenn Close Albert Nobbs rolunu canlandırıb. Bu, Viktoriya dövrünə aid bir qadının əsl hekayəsinə əsaslanırdı, onun hiyləsi yalnız ölümə yaxın olanda aşkar edildi və həkim yaşlı bir kişi olduğunu düşündüyü şeyi araşdırdı.
Hilari Swank Boys Don't Cry filmində gənc trans kişi Brandon Teena rolunu canlandırıb. Kiçik şəhər nifrətindən bəhs edən bu faciəli gerçək həyat hekayəsində o, tamamilə inandırıcı idi. O, ifasına görə Oskarda ən yaxşı qadın rolunu qazanıb.
Felicity Huffman TransAmerica filmində Bree rolunu canlandırıb. Bu dram, trans qadının bioloji oğlunu tapıb onun keçid əməliyyatını tamamlamadan əvvəl onunla barışması haqqındadır. Onun xəstəxanada əməliyyatdan sonrakı səhnəsi vahimələndirici və unudulmazdır.
Li Peys Soldier's Girl filmində drag-klubda işləyən trans ifaçı Calpernia Addams rolunu canlandırıb. Bu film həssaslıqla və şəfqətlə danışılan başqa bir gerçək hekayədir.

Mənbə:Quora
Tərcümə etdi:Fidan Şahbazlı
