Bu gün:

Tarixin qorunan divarı və mədəni irs


Çin səddi Çin imperiyasının şimal sərhədini qorumaq məqsədilə e.ə. 3-cü əsrdən e.ə. 17-ci əsrə qədər inşa edilib. Əsasən müxtəlif dövrlərdə bir neçə fərqli imperiya tərəfindən tikilib və uzunluğu 20,000 kilometrdən ibarətdir. Divar həm müdafiə məqsədi ilə, həm də köçəri xalqlara qarşı bir simvol olaraq istifadə edilib. Ming sülaləsinin dövründə ən yaxşı qorunan və genişlənmiş forması yaranıb. Divar, həmçinin mədəni və tarixi əhəmiyyəti ilə dünyada məşhur bir abidədir.

Turist marağı

Böyük Çin səddinə turist marağı 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində başlayıb, lakin onun qlobal tanınması 1957-ci ildə rəsmi açılışından sonra gerçəkləşib. Bərpa prosesi zamanı qəbul edilən tikinti texnikaları divarın mədəni xəzinə olaraq davamlı irsini qorumaq üçün əl işçiliyi və müasir metodların birləşməsindən ibarət idi.

Qorunması

Çin səddinin müxtəlif komponentləri Çin Xalq Respublikasının Mədəniyyət Abidələrinin Qorunması haqqında qanununa əsasən, dövlət və əyalət prioritet qorunan obyektlər olaraq siyahıya alınıb. 2006-cı ildə yayımlanan "Səddin  Qorunması Qaydaları" onun qorunması və idarə olunması üçün xüsusi hüquqi sənəddir. Çinin mədəni irs üzrə milli idarəsi və səddin yerləşdiyi əyalətlərin mədəni irs idarələri bu divarın qorunması və idarə olunması tədbirlərinin yerli hökumətlər tərəfindən həyata keçirilməsi istiqamətində rəhbərlik edir.

Səddin 20,000 kilometrdən çox olan tam marşrutu, eləcə də müxtəlif tarixi dövrlərdə inşa edilən və bu əmlakın mürəkkəb müdafiə sistemini təşkil edən divarlar, qalalar, keçidlər və işarə qüllələri bu günə qədər qorunub saxlanılıb. Divarın müxtəlif dövrlərdə və yerlərdə tətbiq olunan tikinti üsulları tam şəkildə qorunub və mədəni əhəmiyyəti bu gün də tanınır.

Mənbə: Parametric Architecture

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et