Bu gün:

Kamkat meyvəsinin faydaları


Kamkat Şərqi Asiya və Çində təbii yayılan, sitrus ailəsinin ən kiçik üzvüdür. Bu ləzzətli meyvə, çiy halda yeyilə bildiyi kimi cem, mürəbbə və desertlərdə də istifadə olunur. C vitamini ilə zəngin olan kamkat, immuniteti gücləndirir, xəstəliklərdən qoruyur və dərini sərbəst radikallardan qoruyaraq yaşlanma əlamətlərini azaldır.

Kamkat lif və pəhriz komponentləri ilə bağırsaq hərəkətlərini tənzimləyir, kaliumla isə qan təzyiqini və ürək ritmini tarazlayır. Eyni zamanda, göz və diş əti sağlamlığını dəstəkləyir. Karbohidratla zəngin olması səbəbindən təbii enerji mənbəyidir və gündəlik rasiona daxil edilməsi tövsiyə olunur.

Mənbə: NTV

Tərcümə etdi: Nərgiz Orucova


Paylaş
Şərh əlavə et