1989-cu ilin Milad ərəfəsində ITV-də yayımlanan, rejissor Herbert Wise ilə Susan Hillin romanına əsaslanaraq çəkilən “The Woman in Black” ingilislərin ənənəvi Milad çağırma hekayələrinin zirvəsini təmsil edirdi.

Hekayənin xülasəsi
Pauline Moran tərəfindən canlandırılan “Qara Geyimli Qadın”, bir söz belə deməsə də, tamaşaçıları filimin sonuna qədər narahat etməyi bacarır. Filmdə Viktoriya dövründən olan bir vəkil Art Kidd Marsh House adlanan qorxunc bir malikanədə ruhlarla qarşılaşır. Vəkil mərhum müştərisi Mrs. Drablowun mirasını həll etmək üçün vəzifələndirilir, lakin tezliklə mərhum qadının faciəvi bacısı Jennet Goss və onun oğlunun ruhları ilə üz-üzə gəlir. Bir anda Kiddin qorxularının sona çatdığı düşünüləkən, Jennet Goss-un pərdəninin arxasından yavaş-yavaş süzüldüyü səhnə tamaşaçılara dərin təsir bağışlayır və bu səhnə bütün dövrlərin ən böyük qorxu səhnələrindən biri kimi qəbul edilir. “Sherlock” serialından tanınan Mark Gatiss bu səhnəni belə təsvir edir: “Ekranda gördüyünüz hər şey sizi tamamilə bürüyür və sonrakı gün belə ağlınızdan çıxmır ".

Film niyə bu qədər təsirli idi?
Moran personajın hərəkətlərini cadunun yer üzərində süzülməsinə bənzətmək istədiyini və səs effektlərini özü yaratdığını bildirir və qeyd edir: “Tamaşaçının beynində Jennetin qəzəbi və ağrısı qalmalı idi ".
Oskar mükafatlı bəstəkar Rachel Portman da filmin təsirli səs dizaynının və musiqisinin əhəmiyyətinə diqqət çəkir. Portman Jennetin mövzusunu narahatedici bir melodiyanın üzərinə quraraq personajın daxili qarşıdurmasını əks etdirdiyini bildirir.
Herbert Wisenin rejissorluq etdiyi bu film adaptasiya, saf və qotik qorxunun ən yaxşı nümunəsi hesab olunur. Rawlins bu uğuru belə izah edir: “Tamaşaçının beynindəki qorxu, ona qaranlıq bir küncdə nə olduğunu təsəvvür etməklə bağlı idi".
35 il keçməsinə baxmayaraq “The Woman in Black” hələ də İngiltərənin milli yaddaşında yaşayır. Kitab məktəblərində dərs materialı kimi tədris olunur və hekayə Londonun West End bölgəsində 34 il ərzində səhnəyə qoyularaq tarixdə ən uzun sürən tamaşalardan birinə çevrilib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
