Bu gün:

Mobil telefonlar həyatımıza necə mənfi təsir edir?


Mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ancaq yanımızdan ayırmadığımız və həyatımızın mərkəzinə qoyduğumuz bu cihazın saysız-hesabsız üstünlüklərinə baxmayaraq, təbii ki, mənfi tərəfləri də az deyil.
Elə isə mobil telefonların mənfi xüsusiyyətlərinə birlikdə nəzər salaq:

1. Diqqət pozğunluğu

Mobil cihazlar həm iş yerində, həm də şəxsi həyatımızda ciddi yayındırıcı təsir göstərə bilər ki, bu da məhsuldarlığın azalmasına və vacib işlərə diqqətin dağılmasına səbəb olur. Məsələn, mesajları, sosial medianı və e-poçtu daim yoxlamaq istəyimiz iş axınını pozur və effektivliyi azaldır.

2. Fiziki sağlamlıq problemləri

Mobil cihazlar fiziki sağlamlığımıza mənfi təsir göstərə bilər. Ən çox rast gəlinən fiziki problemlər isə bunlardır:
Göz yorğunluğu: Uzun müddət ekran qarşısında olmaq göz yorğunluğuna, quruluğa və narahatlığa səbəb ola bilər. Bu vəziyyət "Kompüter Görmə Sindromu" (CVS) adlanır.
•Yuxu pozulması: Mobil ekranlardan yayılan mavi işıq təbii yuxu rejimimizi poza bilər, bu da yuxusuzluq və yuxu keyfiyyətinin azalması ilə nəticələnir.
•Təkrarlanan gərginlik zədələri: Həddindən artıq mesaj yazmaq və ya oyun oynamaq, karpal tunel sindromu və tendonit kimi təkrarlanan gərginlik problemlərinə səbəb ola bilər.

3. Ünsiyyət bacarıqlarının zəifləməsi

Mobil cihazlardan ünsiyyət üçün həddindən artıq istifadə şəxslərin bədən dili oxuma, göz təması saxlama və aktiv dinləmə kimi qarşılıqlı ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Bunun nəticəsində insanlar sosial vəziyyətlərdə çətinlik çəkir və güclü münasibətlər qura bilmirlər.

4. Empatiyanın azalması

Cihazlardan həddindən artıq istifadə insanlarda ətrafdakılarının emosiyaları və ehtiyaclarına qarşı həssaslığın azalmasına, yəni empatiyanın zəifləməsinə səbəb ola bilər.

Mənbə: Naukri.com

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et