Bu gün:

Seçim edərkən niyə çətinlik çəkirik?


Həyatımızın əksər mərhələlərində yol ayrımlarına, seçimlərə rast gəlirik və mütləq bir seçim etmək məcburiyyətindəyik. Bəzən yola çıxdığımız zaman hədəfimizə hansı yolla çatacağımıza qərar verərkən etdiyimiz seçim, bəzən menyudan yeyəcəyimiz yemək seçimi, bəzən də səyahətimizin gedişatına təsir edəcək seçimlər etmək məcburiyyətindəyik. Bu seçimlər özümüzə, ailəmizə və hətta yaşadığımız cəmiyyətə təsir edir.

Bəs niyə bəzilərimiz qərar verməkdə belə çətinlik çəkirik?

Görəsən, biz risk etməkdən qorxuruqmu? "Mən seçim etsəm, nəticələrinə görə cəzalandırılacağam, cəmiyyətdən təcrid olunacağam" və ya "seçimimə görə hər şey məhv olacaq" kimi düşüncələrəmi qapılırıq?

Bəzən ən yaxşısını, ən mükəmməli istəyən və peşmanlıqdan qorxan tərəfimiz arasında seçim etməkdə tərəddüd edə bilərik.  Lakin ən düzgün və ya şəraitə ən uyğun olanı seçməli olduğumuz barədə düşünmək faydalıdır.  Bu zaman həyat şəraitimizi nəzərə alaraq ən mükəmməlini deyil, ən uyğununu seçmək daha yaxşıdır, çünki o an mükəmməl seçim olmasa da, ən uyğun olan bu seçim bizi qane edəcək və biz hər bir seçimin müsbət və mənfi nəticələri ola biləcəyini unutmayacağıq.

Bəzən, xüsusən də, gündəlik işimizdə nəticələrini çox düşünmədən mövcud hiss və düşüncələrimizlə verdiyimiz qərarlar bunun yaxşı və ya pis nəticələrini qəbul etməyimizi sürətləndirir. “Həmin anda bir qərar verməliydim və bunu seçdim, edə biləcəyim bir şey yoxdur” düşüncəsinə qapılırıq.

Qərarsız olduğumuz zaman hansı suallar bizə daha çox kömək edə bilər bilər?

Seçim edərkən nəyi itirməkdən qorxuram?

Hansı variant mənə daha yaxın görünür?

Hər iki variantın mənim üçün müsbət və mənfi cəhətləri nələrdir? 

Səhv qərar qəbul etsəm, nə üçün nəticələri ilə mübarizə aparmaqda çətinlik çəkirəm?

Mənbə: Adeldanismanlik

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et