Bu gün:

Tətil dövründə sağlam həyat tərzini qorumaq üçün tövsiyələr


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı dietoloq Şəhriyyə Əhmədovadır. O, Yeni il tətili ilə əlaqədar sağlam həyat tərzinin qorunmasına dair tövsiyələrini bölüşüb.

-Yeni il tətili dövründə sağlam həyat tərzini qorumaq üçün hansı tövsiyələriniz var?

Qeyri-iş günlərində insanlar bir yemək vaxtında bir neçə müxtəlif yeməyin dadına baxmağa meyilli olurlar ki, bu da həzm sistemi üçün ciddi yük yaradır. Belə bir yanaşma mədə-bağırsaq sisteminin həddindən artıq yüklənməsinə səbəb ola bilər. Tətil günlərində hərəkətlilik səviyyəsi adətən azalır, lakin bu vərdişin qarşısını almaq vacibdir. Hər gün ən azı 30-40 dəqiqə sürətli tempdə gəzmək sağlamlığın qorunması üçün vacibdir.

Bayram süfrələrində spirtli içkilər tez-tez yer alır. Bu halda spirtli içkilərin qəbulu məhdudlaşdırılmalı, bir qədəhi keçməməlidir. Bundan əlavə, spirtli içkilərin ağır ət yeməkləri ilə birgə qəbulu tövsiyə edilmir. Bu birləşmə həzm prosesini çətinləşdirə və orqanizmə əlavə yük yarada bilər. Daha yüngül qidaların seçilməsi məsləhət görülür.
Gün ərzində kifayət qədər maye qəbul edilməli, yuxu rejiminə riayət olunmalıdır. Ağır yeməkdən dərhal sonra yatmaq məsləhət görülmür. Yatmazdan əvvəl bir az hərəkət etmək daha faydalıdır.

Günay Məmmədova

Paylaş
Şərh əlavə et