Bu, klassik Hollivud hekayəsidir: “Elmin çarə tapa biləcəyindən daha tez yeni xəstəlik yaranır və dünyaya yayılır”. Amma bu, təkcə döyüş filmlərinin mövzusu deyil. Bu pandemiya adlanır və tariximizdə bir dəfədən çox baş verib.
Bir neçə yüz ildən sonra hələ də yaxşı bilinən bir şey, taun kimi də tanınan “Qara ölümdür”. Taun Asiyada yaranıb və 1340-cı illərin sonlarında Avropaya çatıb, çox sayda insanı öldürüb. O dövrdə qeydlər tam əhatəli olmadığı üçün heç kim nə qədər insanın öldüyünə tam əmin deyil, lakin təxminlər 25 milyondan 100 milyona qədərdir. Bəzi şəhərlərdə o qədər az adam sağ qalıb ki, ölüləri basdıracaq heç kim olmayıb.
Bu hal yalnız müasir tibbdən əvvəl baş verib? Tam olaraq yox. Başqa bir epidemiya cəmi qırx il əvvəl başlayıb və bu gün də can almaqda davam edir: QİÇS. Bu xəstəlik Afrikada 1920-ci ildə ortaya çıxıb, lakin 1980-ci illərə qədər dünyaya yayılmayıb. O vaxtdan bəri 63 milyondan 89 milyona qədər insan QİÇS-ə yoluxub və onlardan 30-42 milyonu ölüb. İnanılmaz dərəcədə bu o deməkdir ki, QİÇS “Qara ölüm” qədər insanı və ya daha çox insanı öldürmüş ola bilər.
2019-cu ilin sonlarında başlayan COVID-19 koronavirus pandemiyası yəqin ki, bu qədər insanı öldürməsə də, onun sayı hələ də vahiməlidir. İlk ilində bir neçə effektiv peyvəndin sürətli inkişafına baxmayaraq, COVID-19 2021-ci ilin oktyabrına qədər bütün dünyada təxminən 24 milyon insana yoluxub və 5 milyona yaxın insanın ölümünə səbəb olub.
Təəssüf ki, bu son pandemiyaların göstərdiyi kimi, xəstəliklər haqqında bildiyimiz hər şeyə baxmayaraq, antisanitariya, mədəni anlaşılmazlıqlar və maarifləndirmənin olmaması sayəsində hələ də mövcuddur. Hətta vəba, xüsusilə Afrika və Asiyanın inkişaf etməkdə olan ölkələrində zaman-zaman öz çirkin başını qaldırır.
Mənbə: HistoryHowstuffworks
Tərcümə etdi: Aysu Əsgərzadə
