Dünyada ən ağır hesab edilən xəstəliklər bir çox səbəblərə görə müxtəlif kateqoriyalara aid edilir. Bunlar xəstəliklərin müalicəsinin olmaması, həyatı təhlükəyə atması və uzunmüddətli, ciddi fəsadlara səbəb olmasıdır. Bəs həkimlər tərəfindən təhlükəli hesab edilən bu xəstəliklər hansılardır?

Əlbəttə birinci sırada “Xərçəng xəstəliyi” dayanır. Təəssüflər olsun ki, hər 10 insandan 2-i bu xəstəliyin daşıyıcısıdır. Xərçəng xəstəliyi bir çox fərqli formada meydana çıxır və orqanizmin müxtəlif hissələrinə təsir edə bilir. Bəzi xərçəng növləri erkən mərhələdə aşkar edilərsə müalicə oluna bilər, lakin bir çox hallarda xərçəng yayılaraq müalicəsi daha çətin hala gəlir. Xüsusilə beyin, ağciyər, pankreas və qan xərçəngləri müalicəsi çətin olan növlərdir. Xərçəngin müalicəsi çətin olmasının əsas səbəbi onun çox sürətlə və nəzarətsiz şəkildə hüceyrələrin bölünməsi və bəzi hallarda müalicəyə qarşı davamlılığını inkişaf etdirməsidir.
Bu sıralamanın 2-ci pilləsində Altsheymer xəstəliyi durur. Altsheymer, yaddaş itkisi və idrak funksiyalarında geriləmə ilə nəticələnən, beyindəki neyronların tədricən zədələnməsi ilə ortaya çıxan nevroloji bir xəstəlikdir. Xəstəliyin irəliləyən mərhələlərində xəstə özünü və ətrafını tanımaqda çətinlik çəkir.
Altsheymerin səbəbləri tam olaraq məlum deyil və hazırda onu tamamilə müalicə edən bir üsul yoxdur. Xəstəlik irəlilədikcə həyat keyfiyyəti sürətlə pisləşir.
Sırlamanın 3-cü pilləsində olan xəstəlik ALS (Amyotrofik Lateral Skleroz) xəstəliyidir ki, fəsadları uzun müddət davam edir. ALS, əzələlərin zəifləməsinə və nəzarətsiz hərəkətlərə səbəb olan sinir sistemi xəstəliyidir. Bu xəstəlik əzələ nəzarətini tədricən itirməsinə səbəb olur və nəticədə ölümə gətirib çıxara bilir. ALS xəstələri zamanla nəfəs almaq kimi əsas funksiyaları yerinə yetirə bilməz hala gəlir. ALS-in səbəbi hələ tam olaraq məlum deyil və bu xəstəliyin müalicəsi yoxdur. Xəstəlik çox sürətli irəlilədiyi üçün ömür müddətini ciddi şəkildə qısaldır.
Mənbə: Medicana
Tərcümə etdi: Dilbər Paşazadə
