Bu gün:

“Yalnız incə ruhlu insanlar sənətə, həqiqətən, dəyər verib…”


24media.az-ın növbəti müsahibi rəssam Nərgiz Bayramovadır. O, sənətkarların öz hislərini yaradıcılıqları ilə çatdırmaları və sənətdə duyğuların rolundan danışıb.

Sənətkarların öz hislərini yaradıcılıqları ilə çatdırmaları və sənətdə duyğuların rolu haqqında nə düşünürsünüz?



Bəli, bu həqiqətdir. Bəzən ifadə olunmayan sözlər, göstərilməyən duyğular, rənglərin harmoniyasında, adi cizginin gedişində belə özünü büruzə verir. Təbii ki, hər kəs bunu anlamır. Yaxud da hərə öz dünyası ilə anlayır. Bəzi əsərlərə baxdığımız zaman insanda qəribə narahatlıq yaranır. Bəzən isə rəsmdə hüzur tapırıq. Demək, rəssamın duyğuları qarşı tərəfdə öz əksini tapa bilir.

Sizcə, sənət həm rəssam, həm də müşahidəçi üçün terapiya forması ola bilərmi?

Hər insanda terapiya forması fərqlidir. Kimsə idmanda, kimsə öz işi ilə məşğul olduğu zaman, bir musiqi dinlədiyi zaman, yaxud da başqa bir məşğuliyyət, hobbisi ilə məşğul olduğu zaman tapır. Məsələn, mən rəsmdə hüzur tapa bilirəmsə, sizin hüzur qaynağınız sənətin digər növü, yaxud da tamamilə fərqli bir sahə ola bilər. Amma məncə, yalnız incə ruhlu insanlar sənətə həqiqətən dəyər verib, onda hüzur tapa bilir.


Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et