Siqaretin zərəri və xüsusilə də ağciyər sağlamlığına olan təsiri hər kəsə məlumdu. Lakin bu pis vərdişdən əl çəkməkdə çətinlik çəkən çoxlu sayda insan var. Sağlam ağciyərlərə sahib olmaq və ağciyəri təmizləmək üçün bəzi qidalardan istifadə etmək mümkündür. Ətraf mühitin qorunmasına diqqət yetirmək, ekoloji tarazlığı pozub hava çirkliliyinə, iqlim dəyişikliyinə səbəb olan hər şeyə qarşı öz gündəlik həyatımızda edəcəyimiz kiçik dəyişikliklərlə mübarizə aparmaq ağciyər sağlamlığınızı qorumağa kömək edəcək ilk addımlardan biridir. Tütün məhsullarından (elektron siqaretlər də daxil olmaqla) uzaq durmaq, planlı və şüurlu idman vərdişləri qazanmaq və davam etdirmək də ağciyər sağlamlığınızı qorumağa kömək edəcək ikinci vacib addımdır.
Ağciyəri təmizləmək və sağlamlığını dəstəkləmək üçün siqareti tərk etmək mütləqdir. Bundan əlavə, bəzi qidaları pəhrizinizə əlavə edərək ağciyərlərinizi təmizləyə və daha sağlam nəfəs ala bilərsiniz. Ağciyər sağlamlığı ilə qidalanma arasında güclü bir əlaqə mövcuddur. Doğru qidalanma vərdişləri ağciyər funksiyalarını dəstəkləyir və xəstəlik risqini azalda bilər. Yüksək duz alımı suyun saxlanmasına səbəb olaraq ağciyərlərin səmərəli işləməsini çətinləşdirə bilər. Qida əlavələri və trans yağlar iltihabı artıraraq ağciyər funksiyalarını mənfi təsir edə bilər. Artıq şəkər oksidativ stressə səbəb olaraq ağciyər funksiyalarını zədələyə bilər. Buna görə də bu maddələrdən uzaq durmaq vacibdir.
Bəs ağciyəri təmizləyən qidalar hansılardır?
Tərə (Lepidium sativum) sağlam bir bitki olaraq tanınır və adətən ağciyər sağlamlığı üçün faydalı xüsusiyyətləri ilə tanınır. Tərənin içindəki kükürd birləşmələri ağciyərlərdə toplanan toksinlərin atılmasına kömək edə bilər. Bu xüsusiyyət, xüsusilə siqaret çəkənlər və hava çirkliliyinə məruz qalan insanlar üçün faydalı ola bilər. Tərə, bəlğəmi yumşaldıcı təsiri ilə də məşhurdur. Xüsusilə yuxarı tənəffüs yolları və ağciyərlərdəki tıxanmışlıq halları ilə mübarizədə köməkçi ola bilər. Antioksidan və antinflamatuar təsirləri ilə zəngin olan E vitamini və polifenollərdən bolca faydalanır. Astma xəstəliyinə qarşı qoruyucu təsiri və xüsusilə KOAH xəstəliyi olan insanlarda atak sıxlığını azaltma təsiri, araşdırmalarda göstərilib.
Çuğundur qəbulunun KOAH və pulmoner hipertenziya xəstələrində kondisiyanın və ağciyər funksiyalarının yaxşılaşmasına kömək etdiyi sübut edilib. Çuğundur, həmçinin ağciyər sağlamlığı üçün əhəmiyyətli olan maqnezium, kalium, vitamin C və karotenoid antioksidanlarla zəngindir. Buna görə də pəhrizinizə çuğundur əlavə edərək ağciyər sağlamlığınızı dəstəkləyə bilərsiniz.
Qırmızı şirin bibər, C vitamini baxımından ən zəngin qidalar arasında yer alır. Xüsusilə siqaret çəkənlərin bu vacib antioksidanı çox qəbul etmələri tövsiyə olunur. Araşdırmalar göstərir ki, yüksək dozada C vitamini qəbul edənlər, daha az qəbul edənlərə nisbətən daha yaxşı ağciyər funksiyalarına sahibdirlər. Mütəxəssislər buna görə də qırmızı şirin bibər qəbulunu, xüsusilə, siqaret çəkənlərə tez-tez məsləhət görürlər.
Siqaret çəkən şəxslər arasında aparılan bir araşdırmada, pəhrizlərində yüksək miqdarda kurkumin olanlar və heç istifadə etməyənlər müqayisə edilmiş və kurkumin qəbul edənlərin təxminən %10 daha yaxşı ağciyər funksiyalarına sahib olduqları göstərilib.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
