
Folklend Qanunu qərar verməkdən imtinaya və hadisənin nəticəsini proqnozlaşdırmaq çətin olduğu hallarda “dondurma” taktikasına əsaslanan həyat prinsipidir. Sadəcə olaraq, nəyi düzgün edəcəyinizi bilmirsinizsə və ya nəticəni 100% dəqiqliklə proqnozlaşdıra bilmirsinizsə, o zaman olduğunuz yerdə qalmalı və heç bir səy göstərməməlisiniz. Bu texnika uğur psixologiyasında son vaxtlar məşhur olub.
Folklend qanunun əsası:
Nəzəriyyə deyir ki, psixikamızın problemi həll etmək üçün 3 yolu var
1. Qaçmaq
2. Hücüm etmək
3. Hərəkətsiz qalmaq
3-cü həll yoluda Folklend qanunun əsasıdır.
Qanunun Tarixi:
Psixoloqlar özlüyündə siyasətlə maraqlanmırlar, lakin tez-tez orada mütəxəssislər üçün əsl kəşfə çevrilən hadisələr baş verir. Müxtəlif rəqəmlər və hekayələr nümunəsindən istifadə edərək, psixikanın işini təsvir edən terminlər yaranır. Bunlardan biridə 1982-ci ildə baş vermiş hadisədir.
1690-cı ildə ingilis səyyahları yerləşdiyi yerə görə argentinalıların özlərininki hesab etdikləri Folklend adalarını kəşf etdiblər. Mübahisə mübahisə olaraq qalacaqdı, lakin Böyük Britaniya 1833-cü ildə əraziləri qanuniləşdirməyə qərar verib. Bu Argentinanın hakim elitasının xoşuna gəlməyib və ölkələr arasında münaqişə yaranıb.
1982-ci il martın 19-da BMT tərəfindən pislənilən işğal başlayıb. Argentina qoşunlarının dərhal çıxarılmasına 10 ölkə səs verib, Panama Qaltyerini dəstəkləyib, 4 ölkə, o cümlədən SSRİ və Çin bitərəf qalıb. Amma qərar artıq verilmişdi, general geri çəkilmək fikrində deyildi.
Müharibə 2 ay davam edib. Argentina 100-dən çox təyyarə və helikopteri itirib, 649 hərbi qulluqçu öldürülüb və ya itkin düşüb, daha 1000-ə yaxını əsir götürülüb. Leopoldo Qaltyerinin xuntası yıxıldı və özü də tezliklə müttəhimlər kürsüsündə tapılıb. Uzun sürən proseslərdən sonra o, 2003-cü ildə ev dustaqlığında olarkən xərçəng xəstəliyindən vəfat edib. Onun adı Argentina prezidentləri siyahısından çıxarılıb və Folklend adalarının taleyi 2013-cü ildə referendumda həll olunub. Onların statusu qorunub saxlanılıb və Britaniya ərazisinə daxil olunub.
Bu hekayə bizə nəyi öyrədir? Bəzən ən yaxşı qərar heç bir qərar verməməkdir. Hərəkətsizlik çox vaxt uğura aparan ən qısa yoldur. General bu psixoloji hadisəni nəzərə almadı və öz populyarlığının aşağı düşməsi problemi ilə üzləşərək xilas aləti axtarışında çaş-baş qaldı. Və ən uğursuzunu seçdi, bu isə ona baha başa gəldi. Və eyni zamanda yüzlərlə hərbçini dəfn etdi və ölkəsini onilliklər boyu ağır maliyyə böhranına məhkum etdi.
Folklend qanunu təəccüblüdür, çünki ziddiyyətli səslənir. Uşaqlıqdan öyrəşmişik ki, məqsədə çatmaq üçün aktiv olmaq və çox cəhd etmək lazımdır. Çünki uğur qazanmağın başqa yolu yoxdur.
Amma təcrübədə biz tənbəllərin zirvələrə qalxdığını, hərəkətsizliyi təkrar-təkrar seçdiyini görürük.
Mənbə: dzen .ru
Tərcümə etdi: Fatimə Umarbəy
