Bu gün:

Afaziya nədir və onun əlamətləri hansılardır?



Afaziya beynin zədələnməsi və ya insult nəticəsində yaranan bir xəstəlikdir. Beynin nitq bölgəsinə təsir edən bu pozğunluq fərdin ünsiyyətində ciddi problemlər yarada, həmçinin danışma, anlama, yazma və oxuma bacarıqlarına ciddi təsir edə bilər.


Beynin nitq sahəsinin zədələnməsi nəticəsində aşağıdakı simptomlar baş verə bilər:

  • İnsanlarla ünsiyyət yaratmaqda çətinlik
  • Ad vermək və ya xatırlamaqda çətinlik
  • Anlamaqda çətinlik
  • Oxumaqda və yazmaqda çətinlik
  • Nitqdə qəribə və yersiz sözlər


Beyində yerləşdiyi yerdən və yayılma nöqtələrindən asılı olaraq xəstəliyin müxtəlif növləri var. 

  • Broka afaziya: Xəstəliyi olan insanın anlamaqda problemi olmadığı halda, danışmaq üçün uyğun sözü seçə bilmir və düzgün cavab verə bilmir.
  • Qlobal afaziya : Bu tip afaziyada beyin ünsiyyət üçün lazım olan bütün funksiyaları itirir və bütövlükdə bacarıq sahələri zədələnir.
  • Keçirici afaziya: Xəstə deyilənləri təkrarlaya bilməz, digər bacarıqlar ya tamamilə, ya da yalnız bir qədər itirilir. Anlama, dinləmə və danışma bacarıqları aktivdir. 
  • Anomik afaziya: Ünsiyyətdə heç bir problem yoxdur, qavrayış aydındır və nitq səlis şəkildə baş verə bilər, lakin obyektlərin adlandırılmasında və sözləri xatırlamaqda çətinlik var. Yazılı və şifahi ünsiyyətdə problem ola bilər.
  • Transkortikal afaziya: Bu, qavrayışda ciddi problemlərin meydana gəldiyi tipdir. Xəstələr onlara deyilənləri başa düşə bilmirlər.


Afaziyanın müalicəsində xəstənin yaşı, beynin zədələnməsinin səbəbi, afaziyanın növü və yeri çox önəmlidir. Dil və danışma terapiyası tətbiqləri simptomların səviyyəsini azaltmağa kömək edə bilər. Tətbiq olunan texnikaların məqsədi fərdin dil və nitq bacarıqlarını bərpa etməkdir.


Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı 


Paylaş
Şərh əlavə et