Ciddi psixi pozğunluq (SMI) ilə mübarizə aparan insanların təcrübələri baxıcılar üçün çox qiymətli ola bilər. Lakin çox zaman bu təcrübələr nəzərə alınmır. Artan məlumatlılıq və diqqət isə bu dəyərli fikirləri tanımağa və onlardan faydalanmağa kömək edir.
SMI ilə yaşayan insanlar öz təcrübələrini bölüşərək ümid verir, digərlərini ruhlandırır və onların sağalmasına dəstək ola bilərlər. Lakin bu, yalnız SMI olan şəxslə baxıcısı arasında güclü əməkdaşlıq olduqda mümkün olur. Əksər hallarda, onların bir-birini düzgün anlamaması ünsiyyət problemlərinə və münaqişələrə səbəb olur.
Təcrübənin gücü
SMI ilə yaşayan insanlar və onların baxıcıları arasında qarşılıqlı anlaşma daha sürətli sağalma gətirə bilər. Məsələn, müəllifin bipolar pozğunluğu ilə bağlı təcrübəsində o və həyat yoldaşı arasındakı anlaşma sağalmanı sürətləndirmişdir.
Təcrübədən necə faydalanmaq olar?
Baxıcılar SMI ilə yaşayan insanların təcrübələrindən öyrənərək onları daha yaxşı anlaya bilər. Bu məqsədlə:
1.Ailə üzvləri və dostlarla danışaraq oxşar təcrübələr yaşayan insanlarla əlaqə qurmaq.
2.Müəlliflərin məqalələrini və kitablarını oxuyaraq onların fikirlərindən faydalanmaq.
3.Psixi sağlamlıq təşkilatlarına (məsələn, NAMI və ya MHA) müraciət edərək dəstək qruplarına qoşulmaq.
4.SMI ilə yaşayan insanların təcrübələrindən istifadə etməklə, həm baxıcılar, həm də sevdikləri şəxslər sağalma prosesində daha böyük uğur əldə edə bilərlər.
Mənbə:psychology today
Tərcümə edən: Fatimə Cabbarlı
