Yeni İspaniya araşdırması göstərir ki, səhər yeməyi hazırlamaq üsulları ürək-damar xəstəlikləri riskini artırır. Nutrients tibb jurnalında dərc olunan tədqiqata görə, tost və qəhvə kimi məşhur səhər yeməyi məhsulları hazırlanarkən "akrilamid" adlı kimyəvi maddə yaranır. Bu maddə nişastalı qidaların, məsələn, çörək və kartofun yüksək istilikdə bişirilməsi və ya qovrulması zamanı əmələ gəlir. Yanıq qidalar isə daha yüksək miqdarda akrilamid ehtiva edir.
Araşdırmada akrilamidə məruz qalmağın ürək xəstəlikləri riskini 47%-dən 67%-ə qədər artırdığı məlum olub. 100,000-dən çox iştirakçının məlumatları analiz edilib və bu kimyəvi maddənin infarkt və insult kimi ciddi tibbi halların ehtimalını artırdığı sübut olunub. Orta gündəlik akrilamid qəbulunun 32.6-57 mikroqram olduğu müəyyən edilib. Məsələn, adi bir dilim tost 4.8 mikroqram akrilamid ehtiva edir və yandıqda bu miqdar ikiqat artır.
NHS, akrilamid səviyyəsini azaltmaq üçün nişastalı qidaları qızıl sarı rəngə qədər bişirməyi, qovurma və ya qızartma əvəzinə qaynatma və ya buğlama üsullarına üstünlük verməyi tövsiyə edir.
Mənbə: Opera news
Tərcümə etdi: Fatimə Cabbarlı