Bu gün:

Yatanda corab geyinmək faydalıdırmı?


Araşdırmalara görə, corab geyinmək yuxusuzluğu olmayan insanların daha tez yuxuya getməsinə kömək edir. Soyuq əllər və ayaqlar yuxuya getməni çətinləşdirir. Ayaqların isinməsi qan damarlarını genişləndirərək bədən istiliyini azaldır və yuxuya keçidi asanlaşdırır. Soyuq ayaqlardan qaynaqlanan yuxu problemləri yaşayan insanlar üçün corab geyinmək faydalı ola bilər.

Lakin corab geyinmək yuxusuzluq və digər yuxu problemlərinin müalicəsi üçün alternativ deyil. Əgər yuxu problemləriniz varsa və uzun müddət davam edirsə, mütləq həkimə müraciət etməlisiniz.

Hansı Corablar Uyğundur?

Yuxu üçün ən uyğun corablar sıxmayan, rahat və nəfəs alan materiallardan hazırlanmış olanlardır. Tədqiqatlar göstərir ki, yun corab geyinən insanlar pambıq və ya polyester corab geyinənlərlə müqayisədə daha tez yuxuya gedirlər. Bunun səbəbi yunun bədəni daha yaxşı isitmə xüsusiyyətinə malik olmasıdır. Həmçinin pambıq, kətan və bambuk materiallı corablar da nəfəs alma xüsusiyyəti ilə həm rahatlıq, həm də temperaturun tənzimlənməsinə kömək edir.

Corablar və yuxu gigiyenası

Yuxu gigiyenası daha yaxşı yuxu üçün gündəlik vərdişlər toplusudur. Elektron cihazlardan uzaq durmaq, otaq temperaturunu tənzimləmək və rahatlaşdırıcı fəaliyyətlərlə məşğul olmaq bu vərdişlərə daxildir. Əgər corab geyinmək sizin daha tez yuxuya getməyinizə və yuxuda daha uzun müddət qalmağınıza kömək edirsə, bunu gecə rejiminizin bir hissəsinə çevirə bilərsiniz.

Rahatlıq və düzgün seçim yuxunun keyfiyyətini artırmaq üçün əsasdır. Əgər yatanda ayaqlarınız soyuq olur və bu, yuxunuza təsir edirsə, düzgün materialdan hazırlanmış corab geyinməyi vərdiş halına gətirə bilərsiniz.


Mənbə:sleepdoctor.com
Tərcümə edən:Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et